Accessibility links

Tutaq ki, elektrik avtomobil aldım, bəs enerjini harada dolduracam?


Avtomobil istehsalçılarının bütün iddialı planlarla baxmayaraq, alıcıları bu sual narahat edir

Dünyanın bir çox yerində elektiklə çalışan avtomobillərin sayının artırılmasına göstərilən dəstək güclənməkdədir. Avtomobil istehsalçıları bazara Chevrolet Bolt və Tesla Model 3 kimi uzun məsafələrə səyahət edə bilən və nisbətən aşağı qiymətə olan yeni maşınlar təqdim edirlər. Çin, havanın çirklənməsinin qarşısını almaq üçün yollarda elektik avtomobillərin sayının artırılması məqsədi qoyub. Bəzi Avropa ölkələri isə 2040-cı ilə qədər bütün avtomobillərin elektriklə çalışan olmasını hədəfləyiblər.

Lakin bütün iddialı planlarla baxmayaraq, alıcıları narahat edən bir sual var – Elektik avtomobilləri alsaq, enerjini harada dolduracayıq?

Enerji doldurma məntəqələrin sıxlığı ərazidən əraziyə fərqlənir. Çin, Niderland və Kaliforniya ştatı kimi yerlərdə dövlətin dəstəyi ilə ictimai enerji doldurma məntəqləri quraşdırılıb. Tesla alıcıları da şirkətin enerji doldurma məntəqələri şəbəkəsindən istifadə edə bilərlər.

Bununla belə, əksər yerlərdə ictimai enerji doldurma məntəqələrini çatışmazlığı var. Bu isə 300 kilomentrdən uzaq məsafələrə səyahət edənlər üçün problemlərə səbəb olur. Enerji doldurma qurğularının yerləşdirilməsi üçün fərdi qaraja malik olmayan sürücülər üçünsə bu, ikiqat problemdir.

Enerji doldurma məntəqələrinin çatışmazlığı elektrik avtomobillərinin satışının az olmasının ən əsas səbəblərindən biridir. Hal-hazırda yolda olan elektik avtomobillərin sayı ümumi avtomobillərin sayının heç bir faizini təşkil etmir.

Avtomobil istehsalçıları və hökümətlər bu boşluğu doldurmaq niyyətindədirlər. Beynəlxalq Enerji Agentliyinin verdiyi məlumata görə, dünya üzrə ictimaiyyətin istifadə edə biləcəyi enerji doldurma məntəqələrinin sayı keçən il 72 faiz artaraq, 322,000 məntəqə təşkil etmişdir. Təhlilçilərin hesablamalarına görə, 2026-cı ilə qədər belə məntəqələrin sayı 2.2 milyondan çox olacaq. Onlardan üçdə biri Çin ərazisində yerləşdiriləcək.

Tesla müştərilərinin sayını artırmaq üçün bu il, enerji doldurma məntəqələrini şəbəkəsini iki dəfə artırıb. BMW, Daimler, Volkswagen və Ford şirkətləri Avropada 400-dən çox sürətli enerji doldurma məntəqələri tikirlər. Volkswagen isə səs-küylü məhkəmə prosesindən sonra, əldə etdiyi razılaşmaya uyğun olaraq, ABŞ ərazisində yüzlərlə enerji məntəqələri tikir. Neftlə zəngin Dubayda belə enerji doldurma məntəqələrinin sayı 50-dən çoxdur.

Problemlərin biri enerji doldurulmasının sürətidir. Yol kənarında yerləşən dükanların 5,000 dollara yerləşdirə bildikləri enerji qurğuları 20 km məsafə üçün lazım olan enerjini 30 dəqiqəyə doldurur. 300-400 kilometr məsafəyə səyahət edən insanlar üçün gözləmə müddətinin bu qədər olması əlverişli deyil. Belə hallar üçün sürətli enerji dolduran qurğular lazımdır. Onların isə qiyməti ən azı 35,000 dollardır.

Başqa bir narahatlıq yeni tikilən evlərlə bağlıdır. San Fransisko, Şanxay və Vankuver şəhərlərinin bələdiyyələri yeni evlər və mənzil tikintiləri zamanı elektik avtomobilləri üçün enerji qurğuların yerləşdirilməsini tələb edirlər. Lakin dövlət dəstəyi olmadan bu planın işləməsi real görünmür.

XS
SM
MD
LG