Accessibility links

Eldəniz Quliyev: Azərbaycanın sərhədlərini aşan kinomuz yoxdur


Eldəniz Quliyev: Azərbaycan sərhədlərini aşan kinomuz yoxdur
please wait

No media source currently available

0:00 0:10:20 0:00

Eldəniz Quliyev: Azərbaycan sərhədlərini aşan kinomuz yoxdur

2 avqust - Azərbaycan Kinosu Günüdür. Bu il kino günü yadda qalan tədbirlərlə qeyd edilməyib.

Kinodramaturq Eldəniz Quliyev Amerikanın Səsinə müsahibəsində Azərbaycanda kino yaradıcılığı və bu sahədə problemlərdən danışıb.

Amerikanın Səsi: Avqustun 2-si Azərbaycan Kinosu Günüdür. Amma, kino günü çox səssiz keçdi. Səbəbi nədir?

Şəkilləri hərəkətə gətirən kino işçiləri hakimiyyəti hərəkətə gətirmək gücündə deyil. Əsas səbəbi budur.

Eldəniz Quliyev: Bilirsiniz, kinematoqrafiya əslində hərəkət edən şəkillər deməkdir. Şəkilləri hərəkətə gətirən kino işçiləri, bu, Mədəniyyət Nazirliyini, yaxud bu, hakimiyyəti hərəkətə gətirmək gücündə deyil. Əsas səbəbi budur. Yəni, kinoya olan münasibət heç də ürəkaçan deyil. Nə hökumət tərəfdən, nə də ki, bu işə birbaşa məsuliyyət daşıyan Mədəniyyət Nazirliyi tərəfindən. Onun üçün, bu səssizlik əslində tufan qabağı səssizliyə oxşayır. Hamı nə isə umurdu, nə isə gözləyirdi. Bilirsiniz, kino işçilərinin əksəriyyəti pərən-pərən düşüb. Rejissorların bir çoxu Azərbaycandan gedib. Operatorların bir çoxu artıq toyları çəkirlər. Aktyorlar ancaq ucuz teleseriallarla kifayətlənməli olur. Bu, təəssüf hissi doğurur. Səssizlik də bundan qaynaqlanır, münasibətdən.

Eldəniz Quliyev: Azərbaycan sərhədlərini aşan kinomuz yoxdur
please wait

No media source currently available

0:00 0:10:20 0:00

Amerikanın Səsi: Azərbaycanda kino yaradıcılığının hazırkı durumunu necə xarakterizə edərdiniz?

Kino yoxdursa onun yaradıcılığı haqqında danışmaq bir qədər düzgün deyil.

Eldəniz Quliyev: Əgər kino yoxdursa, onun yaradıcılığı haqqında danışmaq bir qədər düzgün deyil. Amma mən belə də deməzdim. Azərbaycanda tutaq ki, Azərbaycan sərhədlərindən çıxmağı bacaran istedadlı kino işçilərimiz var. Daha doğrusu var idi. Bayaq dediyim kimi, pərən-pərən düşməsə idilər. Potensial var. Sadəcə, kino başqa sənət növlərindən fərqli olaraq çox qiymətli bir sənət növüdür. Burada əsas vacib amil maliyyədir. Maliyyəni də dövlət ayırmalıdır. Düzdür, ayırır, amma kifayət qədər deyil. Hesab edirəm ki, bu ciddi problemdir. Azərbaycan kinosu Azərbaycan incəsənətinin, Azərbaycan mədəniyyətinin bir tərkib hissəsidir. Buna diqqət ayrılmalıdır. İllah da ki, indiki vaxtda, bizim informasiya müharibəsində dünyaya çıxışımızın heç də qabaqda olmaması əsas verir ki, kinoya diqqət ayrılsın.

Amerikanın Səsi: Cəfər Cabbarlı adına “Azərbaycanfilm" kinostudiyasını hazırkı dövr kino çəkilişi üçün yararlı saymaq olarmı? Burada hansı islahatlara ehtiyac var?

Maliyyəsiz heç nə etmək mümkün deyil.

Eldəniz Quliyev: Bilirsiniz, kino çəkmək istəyən adam Cəfər Cabbarlı adına kinostudiya olsun və yaxud bir düzənlik olsun, əgər onun texnikası varsa, əgər onun istedadlı, peşəkar insanları varsa kino çəkiləcək. O ki, qaldı konkret “Azərbaycanfilm" kinostudiyasına, bəli, son illər orada bəzi islahatlar keçirilir. Kinostudiyanın direktoru dəyişdirilib. Bəzi sexlərdə, demək, təmir işləri görülür. Hətta eşitdiyimə görə, çox maraqlı projelər də gözlənilir. Amma, yenə də məsələ gəlib çıxır barıt məsələsinə. Barıtsız, yəni maliyyəsiz heç nə etmək mümkün deyil.

Amerikanın Səsi: Ölkədə özəl kinostudiyaların fəaliyyətini necə qiymətləndirərdiniz, qənaətedicidirmi?

Teleserialları götürək, nə qədər zövqümüzü korlayır?

Eldəniz Quliyev: Qətiyyən qənaətbəxş deyil. Bilirsiniz, efir məkanı hamınındır. Kinonun yaradıcılıqdan çıxıb bir kommersiya məhsulu olduğunu daha çox kənar kinostudiyalar irəli sürüb. Bundan qazanc əldə edirlər. Amma, heç kim demir ki, qazanmasınlar. O şey ki, cəmiyyətin mənəviyyatına, onun katarsis ehtiyacına yönəlirsə, ondan kommersiya məqsədi ilə istifadə etmək heç cür qənatəbəxş olmaz. Teleserialları götürək, nə qədər zövqümüzü korlayır? Narkotik aludəçiləri var, bir də teleserial aludəçiləri var. Yəni, bu əslində bir-birindən az fərqlənən şeylərdir. Əgər, sənin ruhunun qidasını vermirlərsə, ancaq sənə hər hansı bir ləzzət verirlərsə, əlbəttə ondan qaçmaq lazımdır. Və yaxud, onu bir sapa, müəyyən bir estetik sapa düzmək lazımdır. O baş vermir. Ona görə, onların fəaliyyətini indiki zaman kəsiyində təhlükəli sayıram.

Amerikanın Səsi: Film bazarında Azərbaycan kinosunun yerini necə görürsünüz? Ümumiyyətlə Azərbaycanda film istehsalını biznes sahəsi saymaq olarmı? Vəziyyətdən çıxış üçün nə edilməlidir?

Çox ciddi kinofestivallara çıxmaq üçün, əvvəlcə ciddi bazarlara çıxmalıyıq.

Eldəniz Quliyev: Vəziyyətdən çıxış üçün ilk növbədə, təbii ki, dünya standartlarına uyğun bədii, estetik səviyyəli filmlər çəkilməlidir. Bazara hər bir malı çıxarmaq olar, amma, hər malı satmaq olmaz. Sadəcə, yaxşı peşəkar, istedadlı insanlar - ssenaristlər, rejissorlar, operatorlar, montajçılar olmalıdır. Bunların bir kiollektiv şəklində yaratdığı hər hansı bir film, əgər onun bədii keyfiyyəti varsa, sənət nöqteyi-nəzərdən dəyərlidirsə, əlbəttə bazara da çıxarmaq olar. İndi biz, yenə filmləri bazara çıxarırıq. Bəzi filmlər festivallara da qəbul olunur. Belə deyək də, xala xətrin qalmasın deyə bir fərqlənmə diplomu da verib yola salırlar. Amma, biz çox ciddi kinofestivallara çıxmaq üçün əvvəlcə ciddi bazarlara çıxmalıyıq. Hələ ki, bizdə o cür potensial, o cür istedadlı insanlarımız yox dərəcəsindədir.

Amerikanın Səsi: Ölkədə kinoklubların vəziyyəti necədir? Spektri necə xarakterizə edərdiniz?

O vaxt kiminsə ağlına gəldi ki, kinoteatrları satmaq olar.

Eldəniz Quliyev: Biz o vaxt kino komitəsində işləyəndə çox böyük yanlışlığa yol verdik. Bütün kinoteatrlar şəhərlərin mərkəzində yerləşirdi. Eləcə də Bakıda yay kinoteatrları var idi. Onlar da şəhərin mərkəzlərində yerləşirdi. O vaxt kiminsə ağlına gəldi ki, bunları satmaq olar. Onlar satıldı, bir şərtlə ki, orada kim nə inşa etsə, onun bir hissəsini kinoklub kimi istifadə edəcək. Təbii ki, bu baş aldatmaq üçün idi. Demək olar ki, heç kim buna riayət etmədi. Beləliklə, kino nümayişi yerləri əldən çıxdı. İndi bir neçə kinoklublar var. Amma, orada da məşhur sənətkarların iştirakı ilə masterklaslar keçirilmir ki, biz öz peşəkarlıq səviyyəmizi artıraq. Kino bir yaradıcılıq prosesidir. Təəssüf ki, mənim danışığım bir az pessimist oldu. Amma, mən bunlara təəssüf edirəm.

Amerikanın Səsi: Amma, Azərbaycanda “Əli və Nino” kimi maraqlı film də çəkilib.

Filmlərin dublyajı da yaxşı vəizyyətdə deyil.

Eldəniz Quliyev: Təkcə o yox, “Nabat” filmi də var. Mən eşitdiyimə görə, daha bir film var, “Adada özünə doğru”, nə isə belə şərti adlı film də olacaq. Film var. Yəni, bir qaranquşla yaz gəlmədiyi kimi, bunlar çox azdır. Cavanların da əksəriyyəti çox təəssüf ki, xarici filmləri yamsılamaqla məşğuldur. Yalançı mənalar yükləyirlər. Filmlərin dublyajı da yaxşı vəizyyətdə deyil. Dublyaj bir institutdur. İndi əslində bizim kinoda dublyaj yox, səsləndirmə gedir. Yəni, kompleks şəkildə bu işlə məşğul olan bir peşəkar təşkilat yoxdur. Əslində bu Mədəniyyət Nazirliyinin funksiyasına daxildir. Orada kino idarəsi var. Təəssüf ki, onlar da öz işlərinə barmaqarası baxırlar.

Dünyaya Baxış

Dünyaya Baxış. Heyvan haqları fəalı Kamran Məmmədli COP29 tədbiri zamanı saxlanılıb
please wait

No media source currently available

0:00 0:10:32 0:00
XS
SM
MD
LG