Accessibility links

Vəkil gənc fəalların bədənində işgəncə izlərinin olduğunu yazıb


 Bayram Məmmədov və Qiyasəddin İbrahim
Bayram Məmmədov və Qiyasəddin İbrahim

“Mayın 16-da Bakı İstintaq Təcridxanasında Bayram Məmmədov və Qiyas İbrahimovla görüşdük. Artıq kameraya köçürülüblər. saxlanma şəraitindən şikayətləri yoxdur. Bədənlərində işgəncə izləri var, xüsusilə də Bayram Məmmədovun bədənində, başında, ayaqlarında, qollarında işgəncənin izləri var”. Bu barədə vəkil Elçin Sadıqov Facebook səhifəsində yazıb.

Gənc fəallar - Bayram Məmmədov və Qiyas İbrahimov mayın 11-də saxlanılıb. NİDA Vətəndaş Hərəkatı onların mayın 10-da Heydər Əliyevin Mərkəzi Bankın qarşısındakı abidəsinin postamentinə yazılan şüarlara görə saxlanıldığını açıqlayıb.

Sosial şəbəkələrdə Mərkəzi Bank ilə üzbəüz bağdakı abidənin fotosu yayılıb. Abidənin üzərində iki tərəfdən ağ boya ilə Azərbaycan və ingilis dillərində “Qul bayramınız mübarək!” sözləri yazılıb.

Mayın 12-də Xətai rayon Məhkəməsi gənc fəallar haqqında 4 aylıq həbs qətimkan tədbiri seçib.

Daxili İşlər Nazirliyinin məlumatına görə, gənclərin hər birinin üstündən 2 qram, evlərindən isə 1 kiloqramdan artıq heroin çıxıb.

Vəkilin sözlərinə görə, Məmmədov və İbrahimov bildirib ki, Qiyas İbrahimov qrafitt işini yerinə yetirib, Bayram Məmmədov isə şəkilini çəkib fb-da paylaşıb.

“Həmçinin bunu əsgər ölümlərinə son verilməsi, 10 may tarixinin şəhidlər günü olmasına, ölkədə olan ədalətsizliyə görə etdiklərini dedilər”. Sadıqov yazıb.

Onun sözlərinə görə, Bayram Məmmədovun bədənində işgəncə izləri hələ də qalır.

“Xüsusilə biləklərində və ayaqlarında açıq yaralar var idi. Qırmızı Xaçla əlaqə saxlamaq lazımdır ki, ona təcili baş çəksin”, Sadıqov yazıb.

Hüquq mühafizə orqanları vəkilin yazdıqları ilə bağlı hələ münasibət bildirməyib.

XS
SM
MD
LG