Accessibility links

Elçin Sadıqov: "Qiyas özünü yaxşı hiss etmirdi" [Müsahibə]


Qiyasəddin İbrahim və Bayram Məmmədov
Qiyasəddin İbrahim və Bayram Məmmədov

"Kəskin başağrıları var idi və bədənlərində vurulan yerlər ağrıyırdı. Hiss olunurdu ki, Qiyas özünü yaxşı hiss etmirdi. Bədən xəsarətləri xüsusilə Bayram Məmmədovun üzərində çox bilinirdi. Onun biləklərində, dizlərində, bədəni və ayaqlarında qapalı və açıq yaralar var idi". Bu sözləri Amerikanın Səsinə müsahibəsində dünən gənc faəllar Qiyas İbrahimov və Bayram Məmmədovla görüşən vəkil Elçin Sadıqov deyib.

Vəkil gənc fəalların işgəncəyə məruz qalmasından danışır
please wait

No media source currently available

0:00 0:04:05 0:00

Mayın 10-da həbs edilən gənc fəalların işgəncəyə məruz qalması barədə məlumatı Bayram Məmmədovun izahatı əsasında vəkil Elçin Sadıqov öz Facebook səhifəsində yaymışdı. Elçin Sadıqov Amerikanın Səsinə müsahibəsində Bayram Məmmədovun izahatı Bakı İstintaq Təcridxanasında yazdığını bildirib.

"Qanunvericilik imkan verir ki, vəkil izahat ala bilsin. O, izahatı könüllü, hətta öz istəyi ilə yazdı və məndən xahiş etdi ki, mən onu dövlət orqanlarına göndərim və ictimailəşdirim" - deyə Elçin Sadıqov bildirib.

Olayla bağlı beynəlxalq qurumlardan bəyanatların verildiyini bildirən vəkil bu gün ombudsmana da müraciət etdiklərini deyib. Onun sözlərinə görə, mayın 12-də məhkəmənin də işgəncələrin dərhal araşdırılması ilə bağlı qərar qəbul etməsinə baxmayaraq, bu günədək prokurorluqdan heç bir xəbər yoxdur.

Kəskin başağrıları var idi və bədənlərində vurulan yerlər ağrıyırdı. Hiss olunurdu ki, Qiyas özünü yaxşı hiss etmirdi. Bədən xəsarətləri xüsusilə Bayram Məmmədovun üzərində çox bilinirdi. Onun biləklərində, dizlərində, bədəni və ayaqlarında qapalı və açıq yaralar var idi
Elçin Sadıqov

"Bayram Məmmədov və Qiyas İbrahimovun bədənlərindəki işgəncə izlərini dünən görmüşəm və bununla bağlı Bakı İstintaq Təcridxanasının rəhbərliyinə müraciət etmişəm. Bildirilib ki, bizim görüşdən sonra həkim onları müayinə etməlidir".

Vəkilin sözlərinə görə, onların hələlik Bakı İstintaq Təcridxanasında işgəncəyə məruz qalma ehtimalları yoxdur. Elçin Sadıqov işgəncələrin əsasən 12-ci Polis Bölməsində, Bakı Şəhər Baş Polis İdarəsində və Nərimanov Rayon Polis İdarəsinin müvəqqəti saxlama yerində olduğunu bildirib.

"Dövlət qurumlarına həm rəsmi, həm də ictimai müraciət etmişəm və xahiş etmişəm ki, araşdırsınlar. Eyni zamanda, beynəlxalq təşkilatlara da müraciət etmək istəyirəm ki, heç bir hal işgəncə və insan ləyaqətini alçaldan rəftara əsas verə bilməz. Ona görə də hamımız bu məsələnin üzərinə ciddi düşməliyik ki, bu məsələ ədalətli araşdırılıb həllini tapsın" - deyə Elçin Sadıqov məsələnin həllini tapmadığı təqdirdə Avropa Məhkəməsinə müraciət edəcəklərini bildirib.

"Bayram Məmmədov və Qiyas İbrahimovun bədənlərindəki işgəncə izlərini dünən görmüşəm və bununla bağlı Bakı İstintaq Təcridxanasının rəhbərliyinə müraciət etmişəm. Bildirilib ki, bizim görüşdən sonra həkim onları müayinə etməlidir".
Elçin Sadlqov

Gənc fəallar - Bayram Məmmədov və Qiyas İbrahimov mayın 10-də saxlanılıb. NİDA Vətəndaş Hərəkatı onların mayın 10-da Heydər Əliyevin Mərkəzi Bankın qarşısındakı abidəsinin postamentinə yazılan şüarlara görə saxlanıldığını açıqlamışdı. Sosial şəbəkələrdə Mərkəzi Bank ilə üzbəüz bağdakı abidənin fotosu yayılmışdı. Abidənin üzərində iki tərəfdən ağ boya ilə "Qul bayramınız mübarək!" sözləri yazılmışdı.

Mayın 12-də Xətai rayon məhkəməsi gənc fəallar haqqında 4 aylıq həbs qətimkan tədbiri seçib. Daxili İşlər Nazirliyinin məlumatına görə, gənclərin hər birinin üstündən 2 qram, evlərindən isə 1 kiloqramdan artıq heroin çıxıb.

XS
SM
MD
LG