Accessibility links

El Hərəkatı yeni qərargahına buraxılmır


El Hərəkatı
El Hərəkatı

Qərargahın girəcəyində post qurulub

Aprelin 5-də Bakının Binəqədi rayon Polis İdarəsinin rəisi başda olmaqla, 10-dan çox polis paytaxtın Novxanı kəndində El Hərəkatının qərargahını ələ keçirib. Qərargah kimi istifadə ediləcək ev şəxsi mülkiyətdəsdir. Bu barədə El Hərəkatının lideri Eldar Namazov Amerikanın Səsinə bildirib.

Onun sözlərinə görə, polislərə rayon icra hakimiyyəti başçısının birinci müavini rəhbərlik edir. Qərargahın girəcəyində post qurulub və heç kimi evin içərisinə buraxmır.

“Siz burada dövlət çevrilişi hazırlayırsınız və biz buna imkan verməyəcəyik”, deyə icra hakimi müavini ev sahibinə bildirib. Ev sahibi El Hərəkatının üzvüdür və ötən həftə hərəkat Bakının “Gənclik” metro stansiyası yaxınlığındakı qərargahından çıxarıldıqdan sonar onun istifadəsinə verib.

“Əmlaka faktiki olaraq həbs qoyulub. Polis xüsusi evə heç kimi buraxmır. Bu, tamamilə özbaşınalıqdır”, EL hərəkatının lideri Eldar Namazov bildirib.

Bu, EL-ə ofis üçün yer verən vətəndaşlara qarşı sayca üçüncü təzyiq faktıdır.

El Hərəkatı mart ayənda elan edilib. Tez bir zamanda hərəkatın 50-dən çox rayonda yerli şöbələri təsis edilib. Ötən həftə qurumun qərargahı yerləşən evin sahibinə təzyiqlər edilib və El qərargahdan çıxmağa məcbur olub. Bundan sonra daha 4 tərəfdar evini hərəkata qəqrgah verdiyini bildirib. Bu gün isə El mərkəzi qərargaha köçərkən polislər fəalları buraxmayıb.

El Hərəkatının lideri Eldar Namazov preizdentliyə namizədliyini irəli sürəcəyini bəyan edib. El həmçinin yaxın zamanda Milli Şuranın yaradılacağını bildirib. Milli Şura ölkədə müxalif keçid hökumətini təşkil edəcək və prezidentliyə vahid namizədi müəyyənləşdirəcək.

Xatırladaq ki, rəsmi orqanlar indiyədək El-in qərargahına buraxılmamasının səbəbləri barədə şərh verməyib.
XS
SM
MD
LG