Accessibility links

Ekspertlər: Seçkilər Ərdoğan hakimiyyəti üçün ciddi uğursuzluqdur


Ekspertlər: Seçkilər Ərdoğan hakimiyyəti üçün ciddi uğursuzluqdur
please wait

No media source currently available

0:00 0:01:58 0:00

Keçən bazar günü keçirilən bələdiyyə seçkilərinin nəticələri belə görünür prezident Pəcəp Tayyib Ərdoğanın Ədalət və İnkişaf Partiyasının Türkiyənin bir neçə böyük şəhərində məğlubiyyətə uğrayıb. Ərdoğan İstanbul və Ankaradakı səslərlə bağlı etirazını bildirsə də, təhlilçilərin çoxu bu aparıcı partiyanın açıq-aydın məğlub olduğunu deyir.

Türkiyə prezidenti Pəcəp Tayyib Ərdoğan partiya üzvlərinin namizədləri üçün kampaniyalar keçirsə də, seçkilərin nəticələri bu aparıcı partiyanın Türkiyənin əsas üç böyük şəhərində - Ankara, İstanbul və İzmirdə məğlubiyyətə uğradığını göstərib. Freedom House təşkilatından Neyt Şenkkan: “Ərdoğan və onun Ədalət və İnkişaf Partiyasının İstanbulda məğlubiyyətə uğraması fikrimcə Türkiyədə baş verənləri izləyən hər kəsi şoka salıb.”

Marşal Fondunun direktoru Özgür Ünlüistarçıklı: “Türkiyədə seçkilərin ədalətsiz keçirilməsinə baxmayaraq, bu nəticələrin real və rəqabətli olduğunu göstərib.”

Respublika Xalq Partiyasından İstanbul merliyinə namizəd Əkrəm İmamoğlunun 25 min səslə irəlidə getməsinə baxmayaraq, Ərdoğan partiyası səslərin bir də sayılmasını tələb edib. “Belə görünür Ədalət və İnkişaf Partiyası məğlub olduğunu var gücü ilə boynuna almaq istəmir” - deyə, Neyt Şenkkan bildirir.

Ərdoğan on illərdir siyasətdə dominantlıq edib. Lakin müşahidəçilər ölkə iqtisadiyyatındakı problemlərin onun türklərin çoxu arasında populyarlığının zəifləməsinə səbəb olduğunu deyir. Corctaun universitetindən Sinan Ciddi: “Onlar tənəzzülə uğrayan iqtisadiyyat, işsizlik, inflyasiya, lirənin dollar nisbətində düşməsi kimi real işləri görmək istəyir, vədləri deyil.”

Neyt Şenkkan: “Fikrimcə bütün bu gərginliyə səbəb iqtisadiyyatdakı böhrandır. Çox güman ki, Ərdoğan tərəfdarlarını fikirlərini dəyişməyə elə bu yardım edib. Lakin müxalifət də yaxşı işlər gördü.”

Con Hopkins Universiteti Laysel Hintz: “Fikrimcə iqtisadiyyatdakı problemlər və korrupsiyanın adı hal alması Ədalət və İnkişaf Partiyasının hakimiyyəti dövründə güclənib.”

Ekspertlər nəticələrin ölkədəki milli siyasəti dərhal dəyişdiməyəcəyini, lakin siyası keçidə səbəb ola biləcəyini deyirlər.

XS
SM
MD
LG