Accessibility links

Ekspertlər: Kosmosa daha çox səyahət kosmik turizmin daha ucuz və əlçatan olmasına gətirib çıxaracaq


Ekspertlər: Kosmosa daha çox səyahət kosmik turizmin daha ucuz və əlçatan olmasına gətirib çıxaracaq
please wait

No media source currently available

0:00 0:03:10 0:00

Özəl kosmik uçuş şirkəti olan SpaceX bu yaxınlarda Yer kürəsi və ətrafının yeni görüntülərini əldə etməyə nail olub.

Con Strikland Milli Kosmos Cəmiyyətinin direktoru və eyni zamanda kosmosun "müstəmləkələşdirilməsi" haqqında məqalələrin müəllifidir. O, Amerikanın Səsinə bildirib ki, Yerin orbitinə uçuş sadəcə bir başlanğıcdır. “Mən 2030-cu ilə qədər SpaceX-in sponsorluğu ilə Marsda bazanın tikiləcəyini gözləyirəm. Ola bilsin ki, bu daha tez baş tutsun. İlk sınaq uçuşuna 2024-cü ildə başlaya bilərlər. Amma bunu 2022-ci ildə etsələr məni təəccübləndirəcəklər".

SpaceX-in qurucusu Elon Mask kosmosa səyahət etməyən özəl kosmik tədqiqatlar sahəsində ən böyük oyunçu olan yeganə milyarderdir. Lakin onun kosmik səyahətə metodik yanaşması ​uzunmüddətli irəliləyişlərə səbəb ola bilər.

Milli Kosmos Cəmiyyətinin kosmik inkişaf üzrə vitse-prezidenti
​və Arizonada yerləşən Thunderbird Qlobal İdarəetmə Məktəbində kosmosdakı liderlik üzrə professoru Qreq Autri Amerikanın Səsinə bildirib ki, o, Maskın kosmik səyahət biznesi üçün uzunmüddətli strategiyanın bir hissəsi olaraq əvvəlki uğurlarını genişləndirdiyinə inanır.

"Elon dahidir çünki, o, Marsın terraformlaşdırılmasını istədiyini başa düşür. Bunun üçün heç kim pul ödəməyəcək. Lakin o, addım-addım qurulan bizneslərinin olduğunu görür, düzdür? Onun kosmosa raket göndərmək biznesi, pilotlu kosmosik uçuş biznesi, Starlink biznesi var. O başa düşür ki, addım-addım qurulan bu bizneslər dəstinin gəliləri gələcəkdə onu şəxsi investisiyaları üçün gərəkli olacaq" deyə Qreq Autri bildirir.

Bu yaxınlarda isə kosmik tədqiqat çərçivəsində kosmos turizminə start verildi. Belə ki, iyul ayında Vircin Qrupun qurucusu Riçard Branson Virgin Galactic şirkətinin kosmik təyyarəsi ilə suborbital kosmik uçuş həyata keçirdi.

Bundan cəmi doqquz gün sonra isə Amazon və Blue Origin şirkətlərinin qurucusu Ceff Bezos da New Shepard raketi ilə kosmosa uçdu. Blue Origin və Virgin Galactic şirkətləri gələcək uçuşlar üçün artıq milyonlarla dollarlıq bilet satdıqlarını bildirir. Almaniyada da Design Travel Agentliyi Virgin Galactic-də səyahət üçün paketlər satır. Şirkətin meneceri Marion Aliabadi deyir ki, “Bəlkə də bu qabaqcıl olmaq fikridir, kosmosda ilk turistlərdən biri olmaq və "bunu etdim, bunu təcrübə etdim" və ya "başqa bir maneəni də aradan qaldırdım" deyə bilməkdir. Bu testə bənzəyir. Başqa nəyə nail ola bilərəm? İnsanlar... həmişə daha da irəli getmək istəyirlər. Onlar üfüqlərini genişləndirmək istəyirlər. Və bu xüsusilə artıq bir çox işlər görmüş insanlar üçün cazibədar ola bilər".

Və bank hesabları olduqca qabarıq olanlar üçün Virgin Galactic-də 10 dəqiqəlik uçuşun qiyməti 250 min dollardır. Blue Origin hələlik uçuşlar üçün biletlərin qiymətini açıqlamayıb. Lakin Həm Autri həm də Strikland gələcəkdə biletlərin qiymətinin minlərlə dollara qədər düşəcəyini təxmin edir.

XS
SM
MD
LG