Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi uçota durmayan internet operator və provayderlərinəə xəbərdarlıq məktubu göndərib. Xəbərdalrıq məktubları barədə bilgilər sosial şəbəkələrdə yayılıb. Bu barədə Turan agentliyinin məlumatında deyilir.
Uçota durmayanları inzibati cəza - 1000-1500 manat arasında cərimə gözləyir.Nazirliyin xəbərdaqlığı
Operator və provayderlərə göndərilən məktublarda deyilir ki, internet telekommunikasiya xidməti göstərən operatorlar və provayderlər (internet rovayder və host provayderlər) nazirliyə "Elektron hökumət" vasitəsilə müraciət edərək uçota durmalıdır. Uçota durmayanları inzibati cəza - 1000-1500 manat arasında cərimə gözləyir.
Nazirliyin bu xəbərdarlığı həmin məktubun göndərildiyi subyektlər tərəfindən birmənalı qarşılanmır. Onlar hostinq xidməti göstərilməsinə görə, uçot tələbinin doğru olmadığını bildirirlər. Eyni zamanda bəzi ekspertlər hostinq xidmətinin uçotunun hostda saxlanılan məzmuna müdaxilə olunması risqi doğurduğunu, son xəbərdarlığın nəzarət məqsədi daşıdığını ifadə edirlər.
Turan agentliyi Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən internet operator və provayderlərə edilən xəbərdarlıqla bağlı şərh istəyib. Nazirliyin sözügedən məsələ üzrə əlaqələndirici şəxsi - Kamal Məmmədov bildirib ki, nazirlik sadəcə olaraq, qanunvericiliklə üzərinə qoyulan vəzifəsini icra edir.
"Nazirlər Kabinetinin 2017-ci il 12 oktyabr tarixli 427 nömrəli Qərarı ilə "İnternet telekommunikasiya xidməti göstərən operatorların və provayderlərin uçotunun aparılması qaydası" təsdiq edilib. Həmin qaydanın 1.2-ci maddəsində qeyd edilib ki, internet telekommunikasiya xidməti göstərən provayder dedikdə, internet provayder və host provayder nəzərdə tutulur. Buna əsasən, uşot aparılır", deyən nazirlik təmsilçisi uçotun sırf təhlükəsizlik məsələlərindən qaynaqlandığını vurğulayıb.
Onun sözlərinə görə, son zamanlar uçot məsələsinə diqqət yetirilməsi təhlükəsilzik məsələlərinin daha çox önəm kəsb etməi ilə bağlıdır.
Kamal Məmmədov hostda saxlanılan məzmuna nəzarət iddialarının ciddi olmadığını da qeyd edib.
Qeyd edək ki, nazirlik müvafiq qaydada uçotun aparılması, o cümlədən müraciətlərin "Elektron hökumət" portalı üzərindən baxılması, qəbulu və cavablandırılması üçün texniki imkan yaradıb. İnternet operator və provayderlərə mayın 20-dək müvafiq qaydada uçota durmaq üçün vaxt verilib. Mayın 20-dək uçota durmayan host provayderlər İnzibati Xətalar Məcəlləsinin 370-1-ci maddəsi üzrə inzibati məsuliyyətə cəlb olunacaq. Həmin müddəada vəzifəli şəxslər üçün 1000, hüquqi şəxslər üçün 1500 manat cərimə nəzərdə tutulur.
Media məsələləri üzrə hüquqşünas Ələsgər Məmmədli Amerikanın Səsinə müsahibəsində bildirib ki, qanunvericiliyə dəyişiklik edilib və hazırda həmin dəyişikliyi tətbiq edirlər.
İndi, ola bilsin, provayderlər və operatorların da bu və ya digər formada fəaliyyətləri, ehtimalı var ki, nəzarətdən kənar görünür. Onlara bu çərçivədə daha ciddi nəzarət altında olduqlarını hiss etdirmək üçün belə bir tənzimlənməyə ehtiyac duyurlar.Ələsgər Məmmədli, ekspert
“Məsələ budur ki, internet sferasında hər şey nəzarət altına alınır. Onsuz da provayderlər və host provayderlər bu sahəhə hər hansı hüquq əldə edəndə qeydiyyatdan keçir. Həm də qeydiyyat sadə olmur, hüquqi şəxsin şəxsiyyət vəsiqəsi və əlaqələri ilə olur. Dolayısı ilə bunların hamısının qeydiyyatı var. Təkrar qeydiyyatdan keçirmək, bir növ, ikiqat lisenziyalaşdırma kimi bir şeydir. Bu hal-hazırda tətbiq olunur,” o qeyd edib.
Ekspret hesab edir ki, provayderlərin fəaliyyətlərinə nəzarət edilməsi ilə bağlı şübhələri əsaslıdır.
“Çünki 2017-ci il qanunvericiliyinə edilən dəyişiklik. Bundan daha öncə telekommunikasiya haqqında qanuna yeni müddəanın əlavə edilməsi, hansı ki, provayderlərin və operatorların avadanlıqlarına xüsusi izləmə cihazlarının yerləşdirilməsi və onun haqqında informasiyanın, məhz o provayderlər və operatorlar üzərinə gilzi saxlamaq öhdəliyinin qoyulması, yəni yayılmaması. Bu onsuz da imkan verirdi ki, vətəndaşların informasiyalarına bu və ya digər formada nəzarət etsinlər və həmin provayderlər, operatorlar da sussun. İndi ola bilsin provayderlər və operatorların bu və ya digər formada fəaliyyətləri, ehtimalı var ki, nəzarətdən kənar görünür. Onlara bu çərçivədə daha ciddi nəzarət altında olduqlarını hiss etdirmək üçün belə bir tənzimlənməyə ehtiyac duyurlar,” Məmmədli Amerikanın Səsinə deyib.