Accessibility links

Ekspert: Xudafərin-Qız Qalası elektrik stansiyalarının işə salınması müzakirə edilir


Bu il dekabrın 14-dən 16-dək Naxçıvanda Azərbaycan və İran arasında Araz çayı üzərində tikilməkdə olan Xudafərin-Qız Qalası və Ordubad-Marazad layihələri üzrə Texniki Komissiyaların növbəti iclasları keçirilib

Azərbaycan Energetika Nazirliyi bildirir ki, iclasların əsas müzakirə mövzuları “Xudafərin” bəndində İran tərəfindən görülmüş işlər, su altında qalan Azərbaycan ərazilərinə dəyən ziyanın dəqiqləşdirilməsi və digər məsələlər olub. Görüşlər çərçivəsində, həmçinin “Ordubad” Su Elektrik Stansiyasının tikintisi aparılan əraziyə yerində baxış keçirilib və daha sonra tikinti prosesinin sürətləndirilməsi ilə bağlı geniş müzakirələr aparılıb. Eyni zamanda “Marazad” SES-in tikilməsi ilə əlaqədar əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılıb. Görüşlərin davam etdirilməsi planlaşdırılır.

Araz çayı üzərində "Xudafərin” və "Qız Qalası” hidroqovşaqlarının və su elektrik stansiyalarının tikintisinin tarixçəsi keçmiş SSRİ dövrünə təsadüf edir. 1988-ci ildə SSRİ və İran arasında iqtisadi, ticarət və elmi-texniki əməkdaşlıq haqqında uzunmüddətli Saziş bağlanıb və həmin Sazişə əsasən "Xudafərin” və "Qız Qalası” hidroqovşaqlarının tikintisi və istismarı üzrə qarşılıqlı razılıq əldə edilib. Daha sonra texnoloji avadanlıqların köhnəlməsi və istehsalatdan çıxarılması ilə əlaqədar olaraq, Azərbaycan Nazirlər Kabinetinin 1992-ci ildə verdiyi tapşırığa əsasən müstəqil ekspert qrupu yaradılıb və layihələr yenidən işlənib. Azərbyacan əraziləri erməni silahlı qüvvələrinin nəzarətində keçəndən, yəni 1993-cü ildən sonrakı dövr ərzində hidroqovşaqların və su elektrik stansiyalarının tikintisi üzrə işlər İran tərəfindən aparılıb. 2016-cı ilin fevralında Azərbaycan və İran Hökumətləri arasında Araz çayı üzərində "Xudafərin” və "Qız Qalası” hidroqovşaqlarının və su elektrik tikintisinin davam etdirilməsi, istismarı, energetika və su ehtiyatlarından istifadə sahəsində əməkdaşlıq haqqında Saziş imzalanıb.

Sazişdə Azərbaycan və İranın suverenliyi və ərazi bötüvlüyünə hörmət prinsipləri bəyan edilir, hər iki tərəfin "Xudafərin" və "Qız Qalası" hidroqovşaqları boyu bütün su və enerji ehtiyatlarına bərabər hüquqları vurğulanır.

Sazişdə həmçinin, hidroqovşaqların və su elektrik stansiyalarının tikintisinin başa catdırılması, eləcə də Azərbaycanın ərazi bütövlüyü bərpa edilənədək hidroqovşaqlarda və su elektrik stansiyalarında su və enerji ehtiyatlarının qorunması və istismarının İran tərəfindən təmin edilməsi və tərəflərin bu obyektlərdən bərabər əsaslarla yararlanması əks olunub.

Saziş imzalanan zaman “Xudafərin” və “Qız Qalası” hidroqovşaqları erməni silahlı qüvvələrinin nəzarətində idi. Bu il sentyabrın 27-dən noyabrın 10-dək döyüş əməlyytaları nəticəsində Azərbaycan Ordusu Azərbaycanın İranla beynəlxalq səviyyədə tanınan bütün sərhədlərini nəzarətə götürürüb. Beləliklə “Xudafərin” və “Qız Qalası” hidroqovşaqları ilı bağlı yeni situasiya yaranıb.

Azərbaycan energetika naziri Pərviz Şahbazov bildirirb ki, "Xudafərin" hidroqovşağı bəndinin tikintisi demək olar ki, tamamlanıb, "Qız Qalası" hidroqovşağının bəndində isə işlər yekunlaşmaq üzrədir.

"Xudafərin" hidroqovşağı üzrə tikinti xərclərinin və dəymiş ziyanın hesablanması, habelə su elektrik stansiyalarının qurğu və avadanlıqlarının alınması və quraşdırılması məsələlərinə baxılır. 1,6 milyard kubmetrdən çox sututumuna malik bu hidroqovşaqlar və ümumi qoyuluş gücü 280 meqavat gücündə olan bu stansiyalar Araz çayının su və enerji ehtiyatlarından hər iki tərəfin birgə istifadəsinə imkanlar yaradır. Layihələr iqtisadi və strateji aspektdən ölkəmiz üçün çox əhəmiyyətlidir. Bu layihələrin reallaşması Azərbaycana illik 368 milyon kilovat/saat elektrik enerjisi istehsalı, mövcud 252 min hektar torpaq sahəsi üzrə suvarmanın yaxşılaşdırılması və 8 min hektar yeni əkin sahələrinin suvarılması imkanı yaradacaq," nazir qeyd edib.

Enerji məslələri üzrə ekspert İlham Şaban Amerikanın Səsinə müsahibəsində bildirib ki, son dörd ildə "Xudafərin” və "Qız Qalası” hidroqovşaqlarının və su elektrik stansiyalarının tikintisi demək olar ki, başa çatıb.

please wait

No media source currently available

0:00 0:02:08 0:00

“Müzakirələr zamanı su elektrik stansiyalarında elektrik turbinlərinin quraşdırlması və istismara verilməsi məsələləri diqqət mərkəzində olub. Bu stansiyalar kifayət qədər güclü hidropotensiala malik enerji obyektləridir. Azərbaycan bu stansiyalardan 100 meqavatdan artıq elektrik enerjisi almaq imkanında olacaq. Azərbaycan şimalda “Sərsəng” su anbarının enerji mənbəyindən, cənubda isə “Xudafərin” və “Qız Qalası” elektrik stansiyalarının potensialından istifadə edərək elektrik enerjisinə olan ehtiyaclarını ödəyəcək.”

Ekspertin sözlərinə görə, bundan başqa Azərbaycanla İran arasında Araz çayı üzərində yeni bir elelktrik stansiyasının tikintisi üzər layihə var.

“Hazırda həmin elektrik stansiyasının tikintisi və Naxçıvanın enerji təminatı istiqamətində danışıqlar aprılır,” İlham Şaban qeyd edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Heyvan haqları fəalı Kamran Məmmədli COP29 tədbiri zamanı saxlanılıb
please wait

No media source currently available

0:00 0:10:32 0:00
XS
SM
MD
LG