“Məni vətəndaşlıqdan məhrum etmək çağırışları konstitusiyaya ziddir. Deputatlar Konstitusiyanı və elə özlərinin qəbul etdikləri qanunları pozur”. “Daş yuxular” romanının müəllifi Əkrəm Əylisli Amerikanın Səsinə müsahibəsində deputatlar tərəfindən ona qarşı basqıları belə şərh edib.
O xatırladıb ki, heç kim insanı Azərbaycan vətəndaşlığından məhrum edə bilməz. Bundan başqa, Konstitusiya və qanunlar söz, ifadə, yaradıcılıq azadlığına zəmanət verir.
Yazıçının Azərbaycan hökumətinin siyasətinə ziyan vurması haqqında ittihamlara gəlincə, o deyib: “Bir yazıçının bədii əsəri ilə siyasəti şübhə altına qoymaq olursa, bu necə siyasətdir?”.
Əylisli ölkə parlamentinin ona qarşı münasibətini “irqçilik” adlandırıb.
“Bir tərəfdən hakimiyyət deyir ki, Dağlıq Qarabağ erməniləri bizim vətəndaşlarımızdır, digər tərəfdən deputatlar məni erməni olmaqda ittiham edir. Bu, irqçilikdir”, deyə Əylisli bildirib.
Romanının mahiyyətinə toxunan yazıçı qeyd edib ki, onun əsərində bütün faktlar real həyatdan götürülüb.
“İndi mən erməni yazıçıları Xocalı soyqırımı və digər kütləvi qətllər haqqında həqiqətləri deməyə çağırıram. Müharibələrdə xalqlar günahkar deyil. Müharibələrin günahkarı siyasətdən şəxsi zənginləşməsi məqsədilə istifadə edənlər, müharibədən var-dövlət əldə edənlərdir”, deyə Əylisli bildirib.
Öz növbəsində Azərbaycan Yazıçılar Birliyi “Daş yuxular”a münasibət bildirib.
“Əylislinin bu inanılmaz hərəkətinə ictimaiyyət sonsuz qəzəbini, hiddətini, nifrətini bildirdi. Əlbəttə, Azərbaycan yazıçısı, ümumiyyətlə, yazıçı sayılan hər bir şəxsə qarşı kampaniya təşkil olunması, piketlər keçirilməsi, xüsusən də onun heç bir günahı olmayan ailəsinə mənəvi cəhətdən təsir edəcək hər hansı aksiya bizi də çox incidir. Əylislinin ölkədən qovulması, ya vətəndaşlıqdan məhrum olunması təklifləri ilə də heç cür razılaşa bilmərik. Ancaq romanı oxuyanların əksəriyyəti Yazıçılar Birliyinin heç bir təsiri olmadan bu yazını Qarabağ münaqişəsində Azərbaycanın haqlı mövqeyinə ciddi ziyan vuran, illər boyu diplomatiyamızın, mətbuatımızın, ziyalılarımızın, o cümlədən yazıçılarımızın beynəlxalq səviyyədə milli maraqlarımıza xidmət edən fəaliyyətlərinə ağır zərbə endirən hadisə kimi dəyərləndirməkdə haqlıdırlar. Bədii cəhətdən çox zəif olan bu əsər sırf siyasi mahiyyət daşıyır. Müəllifin və onun havadarlarının “məsələni siyasiləşdirməyin” deyə özünü sığortalaması əsassızdır. Siyasi əsərə məhz siyasi cəhətdən qiymət vermək lazımdır. Bu cəhətdən yanaşdıqda isə roman əvvəldən axıracan erməni siyasətinə xidmət edir”, sənəddə bildirlir.
Bəyanatda deyilir ki, ən qəribəsi odur ki, bu qatı antiazərbaycan mövqeyə Azərbaycanın öz içində qahmar çıxanlar – «beşinci kolon» tapılır.
“Dedikləri budur ki, biz gərək ermənilərlə dil tapaq, onlarla birgə yaşamaq üçün zəmin hazırlayaq. Çox əcəb. Dil də tapaq, zəmin də hazırlayaq. Amma məgər bu zəmin mütləq təslimçilikdən ibarət olmalıdır? Ermənilərlə dil tapmaq üçün onların dedikləri və hətta, demədikləri bütün yalanlara şərik çıxmalıyıq, azərbaycanlılara, türklərə atdıqları böhtanları «bədiiləşdirərək» Moskva jurnalında aləmə car çəkməliyik?”
Yazıçılar Birliyi bildirir ki, bəziləri Ə.Əylislini indiyə qədər bol-bol aldığı adlardan, imtiyazlardan məhrum etməyi, onu bu cür cəzalandırmağı təklif edir.
“Əkrəmə də elə bu lazımdır ki, özünü həqiqət qurbanı kimi qələmə versin. Ə.Əylislinin hər hansı şəkildə cəzalandırılmasının əleyhinəyik. Onun ən böyük cəzasını özü verib - xalq və tarix qarşısında vicdanının ləkəsini heç vaxt silə bilməyəcək”, sənəddə deyilir.