Ekoaktivistlər tibbi maskaların ətraf mühitə verdiyi ziyandan narahatdır
Koronavirus pandemiyası ekologiyaya ciddi təsirlərlə yekunlaşa bilər - ötən il istehsal olunmuş 52 milliard tibbi maskaların 1 milliyard yarımı dünya okeanına düşə bilər. Okeanların qorunmasına yönələn Oceans Asia komandası illik hesabatlarında bu nəticəyə gəldiklərini qeyd edib. Maskalar parçalanması 450 il çəkən nazik plastik liflərdən hazırlanır. Ekoaktivistlər qeyd edir ki, zamanla maskalar mikroskopik plastik hissəciklərə parçalanır ki, bu da okeanların ekosistemləri üçün ciddi təhlükə yarada bilər. Könüllülər bunun qarşısını almaq üçün müxtəlif çıxış yolları tapmağa çalışır. Bu məsələyə laqeyd qalmayan Azərbaycanlı aktivistlər də var. Ekoaktivist Nargilə karantin dövrü ətraf mühitə faydalı olmaq üçün araşdırma apararaq belə nəticəyə gəlib ki, maskalar pambıq parçalardan olarsa onlar daha faydali efektiv olar. O hesab edir ki, pambıq parçalar virusu özündə məhv edə bilir. Bundan əlavə, bu maskaların istifadə müddəti uzun olduğuna görə, insanlar üçün maddi baxımdan daha sərfəli ola bilər.