Accessibility links

Əhməd Obalı: Doktor Cavad Heyət Azərbaycana böyük sevgisi ilə yadda qalacaq [Video]


Əhməd Obalı: Doktor Cavad Heyət Azərbaycana böyük sevgisi ilə yadda qalacaq
please wait

No media source currently available

0:00 0:05:09 0:00

Görkəmli Azərbaycan ziyalısı, Paris beynəlxalq cərrahlıq akademiyasının üzvü, tanınmiş publisist və ədəbiyyatşünas Cavad Heyət avqustaun 12-də 89 yaşında dünyasini dəyişib. Taninmiş cərrah tibb sahəsində böyük nailiyyətləri ilə yanaşi, geniş ədəbi-ictimai fəaliyyət aparırdı. O, İran Azərbaycanında ana dilində “Varliq” jurnalini təsis etmişdi. Çikaqoda Günaz televiziyasının təsisçisi Əhməd Obali Amerikanın Səsinin “Amerika icmalı” proqramında doktor Cavad Heyətin fəaliyyəti və irsi haqda danışıb.

O, doktor Cavad Heyətin ictimai-ədəbi fəaliyyətinin İran Azərbaycanında milli şüurun formalaşmasında müstəsna rol oynadığını deyir: “Doktor Cavad Heyətin 1979-cu ildə islam inqilabından sonrakı fəaliyyəti “Varlıq” jurnalı ilə başlamışdı. “Varlıq” jurnalını təsis edərək o bir çox dəyərli yazarları ətrafında toplaya bilmişdi. Eyni zamanda doktor Cavad Heyətin Güney Azərbaycanda həmin illər çox dəyərli işlərindən biri dəAzərbaycan tarixi və ədəbiyyat tarixi haqda yazdığı kitab olmuşdur. Doktor Cavad Heyət Azərbaycanın milli varlığına yenidən təkan verilməsində mühüm rol oynamışdı. Azərbaycan məsələsinin demək olar tabu olduğu bir dövrdə o, bu tabunu qırmışdı.”

Əhməd Obalı doktor Cavad Heyətin irsindən danışaraq, “Varlıq” jurnalının güney azərbaycanlı gənclərin inkişafında oynadığı rolu qeyd edir: “30 il ərzində “Varlıq” jurnalı gənclər, öyrəncilər, araşdırmalar üçün bir mənbə, mərkəz rolunu oynamışdı. Cavad Heyətin elmi nailiyyətləri ilə birlikdə, onun ədəbi və tarix sahəsində ondan geri qalmayıb, bəlkə ondan da artıq olmuşdu və gənclərə onun təsirini biz bu gün görürük. Bu gün Azərbaycan öyrənci hərəkatı və tələbələrin fəaliyyətlərinə baxsaq, son 30 ildə iki şəxsiyyətin adı çəkilir. Bunlardan biri doktor Cavad Heyət, ikincisi isə Məmmədtağı Zehtabi Şəbüstəridir ki, güney Azərbaycanda türklərin qədim tarixini yazmaqla öyrənçi hərəkatının formalaşmasına doktor Cavad Heyətlə birlikdə böyük təsir buraxmışdı.”

Əhməd Obalı doktor Cavad Heyətin böyük Azərbaycan sevgisi ilə yaşadığını deyir: “Doktor Cavad Heyət əsrimizin Dədə Qorqudu kimi yadda qalacaq. Son dərəcədə ağıllı, bilikli, savadlı, məhdud imkanlardan istifadə edərək öz millətinin səsini dünyaya çatdıran bir insan kimi. Doktor Heyət Azərbaycanın torpaqlarına, vətəninə məhəbbəti ilə yadda qalacaq. Qarabağ haqqında, Qarabağ savaşı haqqında, Kəlbəcərə getməsi haqda böyük ürək ağrısı ilə danışırdı. Türkiyə prezidenti Süleyman Dəmirələ yazdığı məktubu. O, Azərbaycançılıq və Azərbaycan vətəninə sevgisi ilə tanınacaq və onunla yadda qalacaq.”

  • 16x9 Image

    Dilşad Əliyarlı

    Jurnalist və yazar Dilşad Əliyarlı 20 ildən artıqdır "Amerikanın səsi"ndə çalışır. Azərbaycan xidmətində televiziya proqramlarının yaradıcılarından biri olan Dilşad Əliyarlı "Amerika icmalı" proqramının redaktoru və aparıcısıdır. Dilşad Əliyarlı ABŞ-dan Azərbaycan dilində yayımlanan ilk televiziya xəbər proqramının ilk aparıcısı olub. 

XS
SM
MD
LG