Accessibility links

İnqilabdan sonra Misir mətbuatı


İnqilabdan sonra Misir mətbuatı
İnqilabdan sonra Misir mətbuatı

İnqilabdan altı ay sonra media ilə bağlı narahatlıq budur ki, Misrin müvəqqəti hərbi rəhbərliyi gözünü yenicə açmış söz azadlığına mane ola bilər. Üstəlik, rəsmilər jurnalistlərə göstəriş veriblər ki, ölkə liderlərini birbaşa tənqid etməsinlər.

Misirdə bu ilin yanvarında və fevralında baş verən inqilablardan sonra ölkə mediasında dəyişikliklər baş verib, bu isə həm jurnalistlərə, həm də oxuculara təsirini göstərib. İnqilabdan sonra ölkə qəzetləri arasında rəqabət yaranıb, həm siyasi mövzuda yazılar artıb, həm də oxucuların sayı çoxalıb. Amma oxucular qəzetlərin keyfiyyətindən həmişə razı deyillər.

Uzun illərdir ki, qəzetləri izləyən Camal Əli keçən şənbə günü səhər 10-a yaxın qəzet alıb, amma narazıdır: “Məncə, mətbuat o qədər də dəyişməyib. Elə həminki vəziyyətdədir. Bir çox məqalələr var ki, satışı artırmaq üçün yazılır, amma ki, təzə heç nə yoxdur. Amma mən qəzet almaqda davam edirəm. Ümid edirəm ki, bir gün mənə lazım olanı tapacam”.

“Misirin gündəlik xəbərləri” qəzetinin redaktoru Rania Al Malky isə deyir ki, bu narazılığın başqa səbəbi var. Adamlar daha tənqidi yanaşırlar indi hər şeyə. Ümumiyyətlə, Misir cəmiyyəti daha özünə inamlı və tənqidi düşüncəli olub. Məncə, onlar artıq məlumatı yalnız dövlət televiziyası yazdığına görə və hardasa çap olunduğuna görə olduğu kimi qəbul etmirlər, indi onlar analiz aparırlar”.

Misir jurnalistləri indi daha tələbkar auditoriya ilə üzləşiblər. Al Malky deyir ki, əvvəllər olduğu kimi məsələnin cəmi iki tərəfi – hakimiyyət və müxalifət tərəfi yoxdur, Təhrir meydanında və ya başqa yerlərdə öz fikrini bildirmək istəyən çoxsaylı adamlar və müxalifət partiyaları var :

Qəzet köşkünün sahibi Məhəmməd Əli isə deyir ki, qəzetlər dəyişikliklərə uyğun davranırlar:

“İndi qəzetlərdə daha çox müxalif mövqəyə, hökumətin tənqidinə rast gəlmək mümkündür. Hətta dövlət qəzetlərində belə. Qəzetlər indi daha çox xalqın mövqeyini ifadə edir. Oxucuların da sayı artıb. Onların çoxu yeni oxuculardır, hansı ki əvvəllər qəzetlə maraqlanmazdılar.

Təcrübəli journalist Hişam Kassem yeni oxucuları da nəzərə alıb qəzetdə yeni multimedia bölməsi açır.

“Təqaüdə çıxana qədər elə bir günün gələcəyini gözləyirəm ki, ancaq professional standartları müdafiə etməklə məşğul olum. Hazırda isə dövlət katibinin reportyorların hüquqlarını pozması kimi şikayətləri yoluna qoyuram”.

İnqilabdan altı ay sonra media ilə bağlı narahatlıq budur ki, Misirin müvəqqəti hərbi rəhbərliyi gözünü yenicə açmış söz azadlığına mane ola bilər. Bütün ümidlərə baxmayaraq yeni hökumət İnformasiya Nazirliyini hələ də ləğv etməyib. Üstəlik, rəsmilər jurnalistlərə göstəriş veriblər ki, ölkə liderlərini birbaşa tənqid etməsinlər.

Bununla belə, Hişam Kassem gələcəyə ümidlidir. Deyir ki, azad mətbuat özünə yer elədisə geri qayıtmır.

XS
SM
MD
LG