Ağ Evin sözçüsü Robert Gibs deyib ki, Prezident Hüsnü Mübarəkin hökuməti hökumətin xaricindəki qruplarla danışıqlar keçirib bir razılığa gələ bilmək üçün real və legitim addımlar atmalıdır. ABŞ rəsmisi qeyd edib ki, keçit prosesi üçün konkret addımlar atılmadığı və birbaşa danışıqlar keçirilmədiyi halda iğtişaşların artması ehtimalı realdır. Gibs bunu da qeyd edib ki, böhran yanlız Misir xalqı tərəfindən həlloluna bilər onun nəticəsi Birləşmiş Ştatlar tərəfindən müəyyən edilə bilməz.
Bu arada Obama hökuməti bildirib ki, Misir hökuməti siyasi böhranın həlli üçün kifayət qədər konkret addımlar atmayıb.Bu arada Hüsnü Mübarəkin istefası barədə bir təklif üzərində Birləşmiş Ştatlarla Misir rəsmiləri arasında danışıqlar gedir. Səsləndirilən təklif Mübarəkin hakimiyyəti keçid hökumətinə rəhbərlik edəcək və Misir hərbçilərinin dəstəyinə malik Ömər Süleymana ötürməsini nəzərdə tutur.
Adlarının çəkilməsini istəymən rəsmilərin bildirdiyinə görə keçid hökumətinə müxalifətin müxtəlif təbəqələri, o cümlədən hazırda qadağan edilmiş Müsəlman Qardaşlığı dəvət olunacaq.
Keçid hökuməti sentyabrda keçiriləcək seçkilərin azad və ədalətli olmasını təmin edəcək. Amerika telekanalına müsahibə verən ABŞ Birgə Baş Qərargahlar rəisi Admiral Mayk Mallen Misirə hərbi yardımın dayandırılmayacağını bildirmiş və Misir hərbçilərinin xalqa atəş açmayacağı haqda ona təminat verildiyini bildirmişdir.
Misir prezidenti Hüsnü Mübarəki istefaya çağıran minlərlə nümayişçi bu gün yeni yürüş keçirmək üçün ölkə paytaxtının küçələrinə axışıb. Bu gün Qahirədən başqa İskəndəriyyə, Süveyş, İsmailiyyə və başqa şəhərlərdə də Mübarəkin istefası tələbilə mitinqlər keçirilib. Qahirə də təhlükəsizlik qüvvələri kiçik bir qrup Mübarək tərəfdarının Təhrir meydanına daxil olmasının qarşısını alıb. Misirin müdafiyə naziri Hüseyn Tantavi nümayişlərin başlamasından bəri bu gün birinci dəfə Təhrir Meydanına baş çəkib, təhlükəsizlik tədbirlərinin yerində olmasını yoxlayıb.
Bu gün Misirli tanınmış siyasətçi və keçmiş xarici işlər naziri, Ərəb Liqasının başçısı Əmr Musa da Təhrir meydanına gedərək nümayişçilərə qoşulub.
Etirazçı misirlilərin üzərində Təhrir meydanına gedən yolda qoyulmuş keçid məntəqəsində əskərlər axtarış aparır. Xəbər agentliklərinin məlumatlarına əsasən bu gün nisbətən daha yaxşı təşkilatlanmış etirazçıların özləri də meydana silah və partlayıçıların gətirilməsinin qarşısını almaq üçün nümayişə gələnlərin üzərində axtarış aparırlar.
Bir həftədən artıqdır davam edən kütləvi nümayişlərin başlıca tələbi cənab Mübarəkin istefaya getməsidir. Hadisə yerindən daxil olan məlumatlara görə, meydanda vəziyyət sakit olsa da, gərginlik davam edir. Nümayişçilər məqsədlərinə nail olacaqları düşüncəsi ilə bu günü " Yola düşmə günü" elan ediblər, Mübarəkin tərəfdarları isə Təhrir meydanına qoyulmayandan sonra şəhərin başqa yerlərində nümayiş keçirib və bu günü "Sədaqət günü" adlandırıblar. Cənab Mübarək dünən “ABC News”-a verdiyi müsahibədə deyib ki, o, ofisini indi tərk etmək istərdi, amma o qorxur ki, belə olacağı təqdirdə Misir daha da dərin xaosa bata bilər.