Misirin Sinay yarımadasında yaraqlılar tərəfindən azı 24 polis işçisi qətlə yetirilib. Yarqalılar polis avtobusunu bu gün səhər tezdən Qəzza Zolağı ilə sərhəddəki Rəfah şəhəri yaxınlığında pusqiya salmışlar.
Bu arada isə Misirdə ordunun dəstəklədiyi hakimiyyəti nümayişlərin keçirilməsinə yol verilməyəcəyini bildirdikdən sonra bu gün Qahirədə sakitlik hökm sürür. Lakin qətlə yetirilən 36 nümayişçinin cəsədinin hökumət tərəfindən saxlanması yenidən etirazlara səbəb ola bilər.
Misirin Müsəlman Qardaşları onlarla cəsədin polis tərəfindən saxlanmasına hiddətlə yanaşır. Müxalifət təhlükəsizlik qüvvələrinin insanları soyuqqanlılıqla qətlə yetirdiyini deyir.
Daxili İşlər Nazirliyinin baş verənlərə görə üzr istəməsinə baxmayaraq, günahın həbs edilənlərdə olduğunu deyib. Rəsmilərin qətllərlə bağlı versiyalardan biri də həbs edilənlərin qaçmağa cəhd göstərməsi olub.
Qətllərlə bağlı son xəbərlər Misir Silahlı Qüvvələrinın başçısı Əbdel Fətah Əl-Sissinin terrorizmlə mübarizəni davam etdiriləcəyini və ölkənin məhv edilməsinə yol verilməyəcəyini deməsindən sonra açıqlanıb. Bu, keçən həftənin çərşənbə günü yüzlərlə hökümət əleyhdarlarının öldürülməsindən sonra ordu komandanının ictimaiyyət qarşısında ilk çıxışı olub.