Accessibility links

Müsəlman Qardaşları Misirin müvəqqəti prezidentinin təkliflərini rədd edir [Yenilənib]


Müsəlman Qardaşları Misirin müvəqqəti prezidentinin konstitusiyada dəyişikliklər və yeni seçkilər barədəki təkliflərini rədd edib. Partiyanın yüksək səviyyəli rəsmisi Essam Əl-İrian özünün rəsmi Facebook səhifəsində prezident Ədli Mənsuru işğalçı adlandıraraq, onun planlarının rədd edildiyini bildirib.

Bazar ertəsi prezident Məhəmməd Mursi tərəfdarları ilə ordu arasında 51 nəfərin ölümü ilə nəticələnən qarşıdurmadan sonra Müsəlman Qardaşları daha böyük nümayişlərə çağırıb.

Bu gün Qahirə küçələrinə çıxan hər iki tərəf zorakılıqlara görə biri-digərini günahlandırarkən Müsəlman Qardaşları hərbçilərin Mursi tərəfdarlarını heç bir səbəb olmadan atəşə tutduqlarını deyir.

Ordunun bazar ertəsi açıqladığı bəyanatda isə silahdan etirazçıların hərbi qüvvələrin baş qərargahına hücum cəhdlərindən sonra istifadə edildiyi deyilir.

Dövlət televiziyası ilə Mursi tərəfdarlarının əsgərlərə hücum etdikləri səhnələri olan videolar nümayiş etdirilib. Müsəlman Qardaşları isə həmin videoların saxta olduğunu deyir.

Misirin müvəqqəti prezidenti Adlu Mənsur hər iki tərəfi sakitliyə çağıraraq, zorakılıqlarla bağlı müstəqil istintaq aparıldığını deyib.
XS
SM
MD
LG