EgyptAir hava yollarına məxsus təyyarənin qalıqları Yunanıstanın Karpados adası yaxınlığında aşkar edilib. Qəzaya terror hücumunun səbəb olduğu güman edilir.
Misir rəsmiləri terror hücumu təsdiq edildiyi təqdirdə təhlükəsizlik ölçülərinə görə Fransanın cavabdeh olduğunu bildirir.
Daha əvvəlki xəbərlərdə Fransa prezidenti Fransua Ollandın bu gün Parisdən Qahirəyə uçarkən yoxa çıxan EgyptAir təyyarəsinin qəzaya uğradığını təsdiqlədiyi bildirilirdi. "Heç bir şey istisnasız qəzaya nəyin səbəb olduğunu müəyyən etməliyik" deyə, Olland televiziya çıxışında bildirib.
Yunanıstanın müdafiə naziri Ponos Kamennos mətbuat konfransında radardan itməzdən əvvəl təyyarənin qəflətən döndüyünü və sürətlə enməyə başladığını deyib.
YGreek island of Karpathos
Fransanın xarici işlər naziri Jan-Mark Ayro deyib ki, ölkəsi Misir hökuməti ilə sıx əlaqə saxlayaraq, təyyarənin axtarışında havadan və sudan yardım edəcək.
Təyyarədə 66 adam olub.