Əfsanə Seviginin sözlərinə görə, “Güney Azərbaycan və digər bölgələrdə yaşayan türklər üçün ən yaxşısı prezident seçkilərini boykot etməkdir. Amma İsveçdən Amerikanın Səsinə danışan türk fəal İslami Şəhər və Kənd Şuraları seçkiləri ilə bağlı eyni şəkildə düşünmür. O, Urmiyə, Zəncan, Qəzvin və Qoşaçay kimi şəhərlərdə türk namizədləri dəstəkləmək üçün seçkilərə qatılmağa üstünlük verir.
Əfsanə Sevigin eyni zamanda həm prezident, həm də şura seçkilərində qeydiyyata alınan namizədlərin tamamilə İslam Respublikasına bağlı olduğunu önə çəkərək qadın namizədlər ilə kişi namizədlər arasında fərq olmadığını deyir. O, səsvermədə qadın namizədlərə üstünlük verərək heç bir şeyin dəyişməyəcəyini ifadə edir.
Bütün saxtakarlıqlara baxmayaraq şəhər şuralarında bizim təsirli namizədlərimiz varsa, qatılmaq və səs vermək yaxşıdır. Biz səs verməsək, digərləri səs verəcək və onların namizədləri çıxacaq.Əfsanə Sevigin
Milli fəal prezident və şura seçkilərinin eyni gündə keçirilməsinin məqsədyönlü bir siyasət olduğunu bildirir.
“Prezident və şura seçkilərinin eyni gündə olması insanların zehnini qarışdırır. Prezident seçkilərində 1600 aday var idi. Bunlardan, bildiyimə görə, 137-si qadın idi və içlərində Güney Azərbaycandan da qadınlar var idi. Gətirib 6 namizədə çıxardılar... Bunların heç biri türk deyil və hamısı daha öncə hakimiyyətin sınağından keçmiş, yüzdə yüz öz adamlarıdır.”
O əlavə edir, “Güney Azərbaycan və İranda yaşayan türklərə şəhər şuraları daha önəmlidir. Güney Azərbaycan əhalisi prezident seçkilərində təpkisini ortaya qoymaq üçün boykot etsə daha yaxşı olar. Amma şəhər şuralarına gəlincə, mən o qədər kəskin deyiləm... Bütün saxtakarlıqlara baxmayaraq şəhər şuralarında bizim təsirli namizədlərimiz varsa, qatılmaq və səs vermək yaxşıdır. Biz səs verməsək, digərləri səs verəcək və onların namizədləri çıxacaq.
Prezident seçkilərində 1600 aday var idi. Bunlardan, bildiyimə görə, 137-si qadın idi və içlərində Güney Azərbaycandan da qadınlar var idi.Əfsanə Sevigin
Əfsanə Sevigin seçki kampaniyaları vasitəsilə ortaya çıxan nisbi yumşaq atmosferdən istifadə etməyin gərəkli olduğunu vurğulayır.
Onun dediyinə görə, “türklər hər bir fürsəti dəyərləndirməlidirlər. Ən kiçik fürsəti dəyərləndirib, öz sözümüzü və şərtlərimizi ortaya qoymalıyıq. İndi prezident və şura seçkilərində bərabər şərait altında seçkiyə gedilmir. Amma ona baxmayaraq yaranan bu boşluqdan istifadə edərək sözlərimiz və şərtlərimizi ortaya qoymalıyıq.”