Əfqanıstanda rəsmilərin bildirdiyinə görə, ölkənin Pakistanla sərhədinə yaxın ərazisində bir neçə gündür həyata keçirdirilən hava və quru hücumları nəticəsində təhlükəsizlik qüvvələri İŞİD terror qruplaşmasının komandirləri daxil olmaqla 135 yaraqlını öldürüb.
Nənqahar vilayətinin Kot qəsəbəsində toqquşmaların qarşısı alınsa da, axtarış və təmizləmə əməliyyatları davam edir. Regional Mülki Müdafiə İdarəsinin rəhbəri qarşıdurma nəticəsində 12 əfqan təhlükəsizlik personalının həlak olduğunu təsdiq edib. Məlumat 18 persinalın isə yaralandığı bildirilir.
Vilayət qubernatoru Səlim Kunduzi jurnalistlərə açıqlamasında bildirib ki, Kotdakı insident İŞİD-ə bağlı 600-ə yaxın ağır sursatlarla silahlanmış şəxsin bölgədəsi təhlükəsizlik postlarına qarşı əlaqələndirilmiş hücum həyata keçirməsindən sonra baş qaldırıb.
Döyüşlər mülki vətəndaşları daha təhlükəsiz ərazilərə qaçmağa məcbur edib. Şahidlər deyir ki, təşviş içərisində olan insanlar hələ də evlərini tərk etməyə davam edir.
Bu, Əfqanıstanda Açin qəsəbəsində başqa İŞİD-lə təhlükəsizlik qüvvələri arasında baş vermiş ilk qarşıdurmadır.