Accessibility links

Əfqanıstanda şiə məscidində bomba hücumu nəticəsində bir nəfər həyatını itirib


Əfqanıstanın qərbində İranla sərhəddə yerləşən Herat şəhərində intiharçı bomba hücumu nəticəsində bir nəfər dindar ölüb, doqquz nəfər isə yaralanıb.

Herat vilayətinin polis idarəsinin sözçüsü Əbdül Əhəd Vəlizadə Amerikanın Səsinə bildirib ki, bomba hücumu günorta namazı vaxtı dindarlar dua edərkən iki nəfər tərəfindən törədilib. Onun bildirdiyinə görə, mühafizəçilər hücumçulardan birini qətlə yetirib, digəri isə bir anda üzərindəki intiharçı gödəkcəsini partladıb.

İslam Dövlət qrupu Amaq xəbər agentliyi vasitəsilə bomba hücumuna görə məsuiyyəti öz üzərinə götürüb.

Terrorçu qrup son zamanlar Əfqanıstanda azlıqda olan şiələrin ibadətgahları və toplaşdığı yerlərdə hücumları artırıb.

Çərşənbə günü İŞİD-in intiharçısının Kabildə şiələrin ibadətgahı yaxınlığında özünü partladaraq törətdiyi bomba hücumu nəticəsində azı 33 nəfər ölüb, 60-dan çox insan yaralanıb.

XS
SM
MD
LG