Accessibility links

Efiopiya 2,000-dən çox məhbusun əfvini elan etdi


Efiopiyanın Oromia regionunun rəsmiləri 2015-ci və 2016-cı il siyasi etirazlar zamanı həbs edilən 2,000-dən çox məhbusun əfv edildiyini bildirib.

Oromia regionun sözçüsü Addisu Areqa cümə günü sosial media vasitəsilə elan edib ki, zorakılıqla nəticələnən etirazlar zamanı həbs edilən 2,345 məhbus əfv edilib. Onlardan 1,568-inə artıq hökm oxunmuşdu.

Rəsmilər deyirlər ki, əfvlər bir neçə gün çəkəcək reabilitasiya kurslarından sonra reallaşdırılacaq.

Birləşmiş Ştatlar keçən həftə Efiopiyanı həbs olunanların statusuna yenidən baxmağa çağırmışdı. Belə ki, Efiopiya höküməti təhlükəsizlik xidmətlərindən istifadə edərək siyasi azadlıqları boğmaqda ittiham edilirdi.

Efiopiya rəsmiləri bu ittihamları rədd edirlər. Lakin daha öncə aparıcı müxalifət siması Merera Qudina və digər 114 nəfərin azadlığa buraxılmasından sonra, hökümət demokratik mühitin hər kəs üçün genişləndirmək istədiyini bildirib.

XS
SM
MD
LG