Accessibility links

Ədalət Tahirzadə: AXC-nin real tarixi yazılmalıdır [Video-müsahibə]


Ədalət Tahirzadə: AXC-nin real tarixi yazılmalıdır
please wait

No media source currently available

0:00 0:07:33 0:00

A view of one of the Petronas Towers is seen from a window of its twin building in Kuala Lumpur, Malaysia.

Tədqiqatçı alimin Amerikanın Səsinə müsahibəsi

Avrasiya Universitetinin professoru Ədalət Tahirzadə Amerikanın Səsinə müsahibəsində Azərbaycan Xalq Cəbhəsinin 25 illik yubileyi və milli azadlıq hərəkatından danışıb.

“Azərbaycan Xalq Cəbhəsi keçmiş SSRİ-də gedən proseslərin nəticəsi olaraq yarandı. 1988-ci ildə Baltikyanı ölkələrdə başlayan hərəkat keçmiş SSRİ-nin cənubuna da yayıldı. Azərbaycanda, Gürcüstanda hərəkat gücləndi”, deyə tədqiqatçı-alim qeyd edib.

Ədalət Tahirzadə
Ədalət Tahirzadə

O hesab edir ki, bu fonda Ermənistan düzgün hərəkət etməyib və Azərbaycan ərazilərinin işğalına başlayıb. “Ermənistanın Dağlıq Qarabağı özünə birləşdirmək cəhdi Azərbaycanda hərəkatı güclədirdi və milli-azadlıq hərəkatına çevrildi”, Tahirzadə bildirib.

Azərbaycan Xalq Cəbhəsi ilk olaraq sistemin demokratikləşdirilməsi uğrunda mübarizəyə başlayıb. “Amma AXC ölkənin müstəqilliyinə nail oldu və demokratik islahatlara başladı. Lakin Əbülfəz Elçibəy hakimiyyəti devrildi, bu islahatlar yarımçıq qaldı. Bu günkü siyasi partiyalı sistem, çox fikirlilik, çoxsaylı qəzetlər, təhsil sistemi AXC hakimiyyətinin islahatlarının məhsuludur”, o qeyd edib.

Alimin fikrincə, AXC Azərbaycan əhalisinin böyük əksəriyyətinin düşüncəsini əks etdirirdi. “AXC ən müxtəlif düşüncəli insanları birləşdirirdi. Ölkənin müstəqilliyinə məhz AXC nail olub”.

Ədalət Tahirzadə
Ədalət Tahirzadə

Tahirzadə 1988-ci ildən başlayaraq Azərbaycanda mətbuat azadlığı sahəsində də böyük irəliləyişlərin olduğunu deyib. “O zaman çoxsaylı nəşrlər meydana çıxdı. Broşurlar, nəşrlər, bülletenlər çap edilirdi. Fövqəladə vəziyyət dövründə belə çoxsaylı gizli qəzetlər çap olunurdu. “Azadlıq” qəzeti o dövrün ən populyar və çoxtitrajlı qəzeti idi. Hətta qəzet Güney Azərbaycanda yaşayan soydaşlarımızın oxuması üçün ərəb qrafikası ilə 100 min tirajla çap edilirdi”.

O 80-ci illərdə media azadlığı ilə indiki anda media azadlığını müqayisə edərkən deyib. “Nəcəf Nəcəfov redaktoru olduğu “Azadlıq” qəzeti ilə indi nəşr olunan “Azadlıq” qəzetini müqayisə etmək günahdır”, o qeyd edib.

Alim hesab edir ki, Azərbaycan milli-azadlıq hərəkatı bu günkü nəslə çatdırılmır. “İndiki gənc nəslin AXC haqqında yalnız yanlış təsəvvürü var. Ona görə ki, 1993-cü ildən başlayaraq AXC söyülür, təhqir edilir və onun haqqında yanlış informasiya verilir”.

Tahirzadə hesab edir ki, AXC-nin real tarixi yazılmalıdır. “Amma bunu dövlət etməməlidir. Vicdanlı alimlər, fondlar bu işi öz üzərinə götürməlidir”, o qeyd edib.

XS
SM
MD
LG