Accessibility links

Ebru sənəti uşaqların gözü ilə


Ebru sənəti uşaqların gözü ilə
please wait

No media source currently available

0:00 0:03:47 0:00

Su üzərində rəsm çəkmə sənəti olan ebrunu öyrənmək üçün yaş məhdudiyyəti yoxdur. 3 yaşdan yuxarı hər kəs bu sənəti öyrənə bilər - əgər həvəs və istəyi kifayət qədərdirsə... Diləzbər Hüseynzadə 3 ildən çoxdur ki, məktəbli şagirdlərə bu peşənin incəliklərini öyrətməklə məşğuldur. İşindən zövq alan Diləzbər uşaqların xəyal dünyasının məhsulu olan ebru işlərini standart ebru növlərindən daha üstün tutur. Uşaqların bu sənətə maraq duymasının isə müxtəlif səbəbləri var. Onların hər biri öz fantazıyalarını su üzərində əks etdirməkdən xüsusi zövq alır. Ebrunu digər sənət növlərindən fərqləndirən cəhətlərdən də biri bütün ləvazimatların təbii materialdan hazırlanmasıdır. Çəkilən rəsmin uğurlu olması isə əsasən insanın əhvalından asılıdır.

XS
SM
MD
LG