Ümumdünya Səhiyyə Təşkilatı Ebola virusundan ölənlərin sayının 5 mini keçdiyini bildirib.
Bu gün Cenevrədə təşkilatın baş qərragahında açıqlanan hesabatda ölənlərin sayının 5160 nəfər təşkil etdiyi deyilib.
Bu arada ABŞ ordusu Liberiyadakı hərbi missiyasını 3000-ə endirəcəyini bəyan edib. Əvvəlcə 4000 əsgərin o ölkəyə göndərilməsi planlaşdırılımışdı.
BMT isə 7 min sülhməramlının Liberiyaya yerləşdiriləcəyini bildirib. Bu ölkədə virus 2800-dən artıq insanın həyatına son qoyub.