Accessibility links

Məhkəmə Ebola səbəbilə karantində saxlananların lehinə qərar çıxarıb


ABŞ-ın The New York Times qəzeti yazır ki, Konnektikut ştatında Afrikaya səfəri zamanı Ebolaya yoluxması ehtimal edilən 7 yaşlı qız bir müddət məktəbə buraxılmadıqdan sonra artıq artıq dərsə qayıdıb.

Qəzetin məlumatına görə, Milford məktəbində oxuyan İleoluva Opayeminin dərslərə qatılmasına 21 gün qadağa qoyulmuşdu. Bu vaxt ərzində xəstəliyin simptomları üzə çıxa bilərdi.

Qız və atası oktyabr ayında qohumlarının toy mərasimində iştirak üçün Nigeriyaya səfər edib. Ancaq indiyədək Nigeriyada Ebola xəstəsinə yoluxmuş insan müəyyən edilməyib.

Qəzet yazır ki, ailə Milford məktəbini məhkəməyə verib və hər iki yərəf məsələnin həllinə dair razılığa gəliblər. Ancaq razılığın nədər ibarət olduğu açıqlanmayıb.

Dünən isə Meyn ştatında məhkəmə tibb Ebola xəstələrinin müalicəsi üçün Qərbi Afrikaya getmiş tibb bacısını karantində saxlamağa çalışan ştatın əleyhinə qərar çıxarıb.

Hakim deyib ki, tibb bacısı Kaci Kiçoksda Ebola dair heç bir simpton olmadğı üçün o, istədiyi yerə gedə bilər, ancaq əgər səhhətində hər hansı dəyişiklik hiss etsə dərhal səhiyyə rəsmilərini bu barədə məlumatlandırmalıdır.

XS
SM
MD
LG