Accessibility links

Rusiya ən çox Asiyaya silah satır


Rusiyanın silah satışlarına dair dövlət şirkəti olan Rosoboronoeksport bildirib ki, Rusiyadan ən çox hərbi texnologiya alan ölkələr Asiya ölkələridir.

Rusiyanı Malaziyada beynəlxalq silah sərgisində təmsil edən nümayəndə heyətinin tərkibində olan Rosoboronoeksport bildirib ki, Rusiyadan Asiyaya silah ixracı 43 faiz təşkil edib.

Stokholmda yerləşən Beynəlxalq Sülh Tədqiqatları institutu bildirir ki, qlobal silah idxalının 44 faizi Asiya-Sakit okeanı regionunun payına düşür. 2007-2011-ci illər arasında silah idxal edən beş əsas ölkə Hindistan, Cənubi Koreya, Pakistan, Çin və Sinqapur olub.

Rusiyada hərbi məsələlər üzrə təhlilçi Maksim Pyatuşkin Amerikanın səsinə deyib ki, Çinin iqtisadi və hərbi qüdrətinin artması qonşu ölkələri öz hərbi arsenalını artırmağa vadar edir. Bunu etmək üçün bu ölkələr Rusiyaya müraciət edir.

Pyatuşkinin sözlərinə görə, Rusiyada istehsal edilmiş silahlar Çində istehsal edilənlərdən daha mükəmməl hesab edilir. O deyib ki, bəzi ölkələr bütünlüklə hərbi arsenalı təkmilləşdirə bilməsə də, uzun müddətə müdafiə qabiliyyətlərini artırmaq üçün strateji baxımdan əlverişli silah alır.

XS
SM
MD
LG