ABŞ-da 1970-ci ildən başlayaraq hər il 22 aprelin Yer Kürəsi günü kimi qeyd edilir. Bu il təşkilatçılar dünya ölkələrində insanları ətraf mühitin qorunması məqsədilə “bir milyard dollarlıq” işlər görməyə çağırır. Buraya evdə işıqların söndürülməsindən tutmuş, şəxsi avtomobil əvəzinə ictimai nəqliyyatdan istifadə, ya da yerli fermerlerin yetişdirdiyi ərzaq məhsulları almaq kimi işlər dailxidir.
ABŞ-da Yer Kürəsi günü Viskonsin ştatından senator Qeylord Nelsonu təşəbbüsü ilə keçirilməyə başlayıb. O, ətraf mühit haqda bilik gününə çağırırdır.
Təşkilatçılar bildirir ki, hazırda dünyanın demək olar bütün ölkələrində Yer Kürəsi günü bu və ya digər şəkildə qeyd edilir.
42 il bundan əvvəl Yer Kürəsi günü ilk dəfə qeyd olunmağa başlayan vaxtdan ABŞ-da ətraf mühitin mühafizəsi istiqamətində çox işlər görülüb. ABŞ-da Ətraf Mühitin Mühafizəsi agentliyi yaradılıb, federal və ştat səviyyələrində hava və suyun çirklənəməsinin qarşısını almaq almaq üçün çox sayda rəsmi sənədlər qəbul edilib .