Accessibility links

Dünya liderləri Nyu-Yorkda BMT-nin İqlim Sammitinə toplaşıb


Dünya liderləri bazar ertəsi günü BMT-nin iqlim dəyişikliyinə həsr edilmiş zirvə toplantısına toplaşıb. Dünyanın 60 ölkəsinin prezidenti və baş nazirinin iştirak etdiyi bir gün sürəcək sammitdə yenilənən enerji mənbələrinə keçid, təbii fəlakətlərin qarşısının alınması və onlara cavab, eləcə də iqlim sahəsində maliyyələşdirilmə məsələləri müzakirə ediləcək.

BMT-nin Baş Karibi Antonio Quterreş qlobal iqlim sammitinin əhəmiyyətini xüsusi vurğulamağa çalışıb və dünya liderlərini tədbirə “gözəl nitqlərlə” deyil, “konkret planlarla gəlməyə” çağırıb.

İqlim Sammitindən öncə BMT Ümumdünya Meteorologiya Təşkilatı tərəfindən hazırlanmış karbon qazı tullantılarının artması, dəniz səviyyəsinin qalxması, qlobal temperaturun istiləşməsi və buz örtüyünün əriməsi proseslərində sürətlənmənin göstərildiyi hesabatı açıqlayıb.

Hesabatda deyilir ki, 2015-ci ildən 2019-cu ilə qədər olan müddətdə qlobal temperatur “eyni müddət ərzində indiyə qədər qeydə alınmamış ən isti” səviyyədə olaraq, sənaye iqtisadiyyatının inkişafından əvvəlki dövrdə olduğundan 1.1 dərəcə yüksəkdir.

ABŞ prezidenti Donald Trampın sammitdə iştirakı əvvəlcə planlaşdırılmasa da, o, gözlənilmədən sammitə qatılıb. Tramp bazar ertəsi günü dini azlıqlar, xüsusilə də xristianlara qarşı təqiblərə həsr edilmiş tədbirdə iştirak edəcək.

Bundan sonra ABŞ prezidentinin Pakistan, Polşa, Yeni Zelandiya, Sinqapur, Misir və Cənubi Koreya liderləri ilə ayrı-ayrı görüşləri planlaşdırılıb.

XS
SM
MD
LG