Bu gün İctimai Palatanın üzvləri və quruma daxil olan partiyalar 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə Fəxri Xiyabanda milli-azadlıq hərəkatının lideri, mərhum prezident Əblüfəz Elçibəyin məzarını ziyarət edib.
Tədbirə həmçinin quruma dqaxil olmayan siyasi partiyaların təmsilçiləri, ziyalılar və ictimaiyyətin çoxsaylı nümayəndələri qatılıb.
Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü Azərbaycan xalq hərəkatının nəticəsi olaraq bayram kimi qeyd edilir. Belə ki, 1989-cu il dekabrın 31-də ilk dəfə olaraq keçmiş SSRİ-nin İranla sərhəd xətti xalq hərəkatının fəalları tərəfindən dağıdılıb. Beləliklə İranda yaşayan çoxmilyonlu azərbaycanlılarla Azərbaycan Respublikasında yaşayan azərbaycanlılar sərhəd rejimini keçmədən görüşüb. Bu gün həm də Azərbaycan xalqının birlik rəmzi kimi xatırlanır.