Accessibility links

Dünya liderləri Əl-Qaidə liderinin ölüm xəbərinə münasibət bildirir (FOTOLAR)


Üsama bin Ladenin öldürülənə qədər gizləndiyi ev
Üsama bin Ladenin öldürülənə qədər gizləndiyi ev

Dünya liderləri Əl-Qaidə lideri Üsama bin Ladenin ölüm xəbərinə öz münasibətlərini bildirir. 2001-ci il sentyabrın 11-i hücumları zamanı ABŞ-da prezident olmuş George W. Bush bin Ladenin ölümünü “əlamətdar hadisə” adlandırıb. Sabiq ABŞ prezidenti Bill Clinton da bin Ladenin öldürülməsi xəbərinin mühüm anlardan biri olduğunu deyib.

Əfqanıstan prezidenti Həmid Karzay Taliban qrupunu mübarizəsinə son qoymağa çağırıb. Hindistanın daxili işlər naziri P. Çidambaram bin Ladenin öldürülməsi xəbərindən sonra terrorçuların Pakistanda sığınacaq tapmalarından narahatlığını bildirib. Britaniyanın baş naziri David Cameron Əl-Qaidə liderinin öldürülməsi xəbərinin dünya boyu insanlara rahatlıq gətirdiyini deyib.

Bin Ladenin ölüm xəbərini Washinqton şəhərindəki Ağ Ev qarşısında, New York şəhərinin Times meydanında, ümumiyyətlə bütün Amerika boyu insanlar bayram ediblər.


XS
SM
MD
LG