Cənubi Afrikada Dunya Kuboku yarışının təşkilatçıları, səs-küylə əlaqədar çoxsaylı şikayətlərə baxmayaraq, vuvuzela adlanan plastik şeypurları meydandan yığışdırmayacaqlarını bildirdi. Məşqçilər, oyunçular və televiziya tamaşaçıları, minlərlə azarkeşin dayanmadan şeypur çalaraq qulaq batıran səs-küy yaratmaları haqda şikayət ediblər. Səs bir çoxları tərəfindən arı dəstəsinin hücumuna bənzədilmişdir. Şeypur tərəfdarları, vuvuzelanın Cənubi Afrika Dunya Kuboku təcrübəsinin bir hissəsi olduğunu bildirir. Bu arada Durbanda, Dunya Kubok təşkilatçıları, stadion işçiləri və təhlükəsizlik üzrə podratçılarla gorüşürlər. Gorüşdə məqsəd Bazar-gunu axşam çağı polislə, məvaciblə əlaqədar kəskinləşmiş mubahisəni həll etməkdir. Hiddətlənmiş polis Durban Dunya Kubok stadionunda, məvaciblərindən narazı olan stadion nəzarətçiləri tərəfindən keçirilən etiraz aksiyasını yatırtmaq məqsədi ilə göz-yaşardıcı qaz və rezin gullələrdən istifadə edib. Yüzlərlə nümayişçinin qatıldığı toqquşma, Almaniya-Avstraliya gorüşü bitəndən sonra başladı. Toqquşma zəminində ciddi xəsarə alanların olduğu bildirilmir.
Məşqçilər, oyunçular və televiziya tamaşaçıları, minlərlə azarkeşin dayanmadan şeypur çalaraq qulaq batıran səs-küy yaratmaları haqda şikayət ediblər