Accessibility links

Tənqidçilər FİFA və Rusiyanı fırıldaqçılıqda günahlandırır [Video]


Tənqidçilər FİFA və Rusiyanı fırıldaqçılıqda günahlandırır
please wait

No media source currently available

0:00 0:03:07 0:00

Siyasət və etirazları unudun. Gənc rusiyalılar üçün Dünya Çempionatı ancaq futboldan ibarətdir.

“Dünya Çempionatının Rusiyada olması mənə dəhşət sevindirib. İstəyərdim ki, milli komandamız ən azı yarı-finala çıxsın. Çempion olsa lap əla." - deyə, həvəskar futbolçulardan biri deyib.

Bəlkə bu arzu yerinə yetməyəcək amma Messi, Ronaldo kimi futbol ulduzlarını görmək çoxlu sayda gənci sevindirir.

Dimitri Xalnov Moskva kənarındakı futbol məktəbinin direktorudur.

“Belə bir söz var, futbol siyasətdən üstündür. Mən inanmaq istəyirəm ki, bütün hanzırda dünya eyni hissləri yaşayır." - deyə, o bildirib.

Ancaq bununla razılaşmayanlar da var. Dünya Çempionatına ev sahibliyi etmək Rusiyaya 14 milyard dollar başa gəlib. Bu da ciddi iqtisadi bərabərsizlik olan ölkə üçün böyük məbləğdir.

Bu pula bir neçə böyük stadion tikilib. Sankt Pterburdakı stadionun tikintisi gözlənilən vaxtdan 8 il sonra və büdcəsində 4 dəfə çox qiymətə başa çatıb. Yerli məmur stadionun tikintisi zamanı 351 min dollar rüşvət almaqda ittiham olunur. Şəhər rəhbərliyi isə bütün əziyyətlərin buna dəydiyi deyir.

Adı tez-tez korrupsiya hallarında adlanan FİFA Dünya Çempionatının təşkilinə görə Rusiyanı tərifləyib.

İdman jurnalisti Aleksey Matviv deyir ki, FİFA qəsdən cinayətkarlığı gözardı edirlər.

“Ölkə futbolunda korrupsiya, oğurluq, hətta cinayət halları baş verir. Bunu heç kim araşdırmır. Rusiyanın reallığı budur. Heç kim heç nə etmir. Mən hələ də Dünya Çempionatını futbolun bu qədər korrupsiyalaşdığı Rusiyaya həvalə edildiyinə təəccüblənirəm." - deyə, Aleksey Matviv bildirir.

Moskva isə bütün bu ittihamları təkzib edir və ümid edir ki, cümə axşamı baş tutacaq açılış mərasiminən sonra insanlar siyasəti bir kənara buraxacaq. Səudiyyə Ərəbistanı ilə Lujinski sadionunda keçiriləcək açılış oyununu Vladimir Putin də izləyəcək.

Kreml Dünya Çempionatının keçirilməsinə böyük siyasi və iqtisadi sərməya qoyduğu üçün turnirin müvəffəqiyyətlə keçəcəyini gözləyir.

XS
SM
MD
LG