Accessibility links

Doğulanlar azalıb, ölüm, boşanma və nikah artıb


Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin 6 ayında ölkə əhalisinin sayı 20 min 63 nəfər və ya 0.2 faiz artaraq 10 milyon 139 min 196 nəfərə çatıb. Ötən ilin 6 ayında isə ölkə əhalisinin sayı 28 min 786 nəfər artmışdı.

Habelə cari ilin yanvar-iyun aylarında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri ölkədə 56 min 63 doğulan körpəni qeydə alıblar. 2020-ci ilin 6 ayında bu rəqəm 59 min 356 olmuşdu.

Ötən ilin 6 ayı ilə müqayisədə bu ilin ilk yarısında ölüm isə artıb. 2021-ci ilin 6 ayında ölkədə 37 min 47 ölüm halı qeydə alınıb. Ölüm 6 mindən çox artıb.

Əvəzində nikaha girənlər artıb. Amma boşanmada da artım var. Bu ilin birinci yarısında qeydiyyat şöbələri 23 min 231 nikaha daxilolma və 8 min 168 boşanma halları qeydə alıb. Ötən ilin birinci yarısında 17 min 841 nikaha daxilolma və 7 min 107 boşanma halları rəsmiləşmişdi.

Dünyaya Baxış

Dünyaya Baxış. Heyvan haqları fəalı Kamran Məmmədli COP29 tədbiri zamanı saxlanılıb
please wait

No media source currently available

0:00 0:10:32 0:00
XS
SM
MD
LG