Dövlət Departmentinin Azərbaycan-Amerika iqtisadi müzakirələri barədə yaydığı bəyanatda deyilir ki, Azərbaycanın maliyyə naziri Samir Şərifovun rəhbərliyindəki Azəbaycan nümayəndə heyyəti ilə dünən keçirilən müzakirələrdə, Dövlət Departamenti, Enerji, Ədliyyə və maliyyə nazirlikləri; Birləşmiş Ştatların Ticarət Nümayəndəliyi; ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAID): Birləşmiş Ştatların Eksport-İmport Bankı; Birləşmiş Ştatların Ticarət və inkişaf Agentliyi iştirak edib. Müzakirələrdə Amerika nümayəndə heyyətinə Dövlət Katibinin İqtisadi İnkişaf, Enerji məsələləri üzrə yardımçısı Robert D. Hormats başçılıq edib.
Amerikanın səsinin əldə etdiyii məlumata əsasən Azerbaycan tərəfdən qaynaqlanan səbəblərə görə ilk iki görüşdən sonra iqtisadi iqtisadi komissianın görüşlərinə bir neçə il fasilə verilib.
Bəyanatda deyilir ki, strateji dialoq zamanı Birləşmiş Ştatlarla Azərbaycan arasında iqtisadi və ticari əməkdaşlığın artırılması yolları müzakirə edilib. Nümayəndə heyyətləri iqtisadi diversifikasiya, maliyyə xidmətləri, enerji, ticarət və investisiya məsələlərini və yeni əməkdaşlıq sahələrini müzakirə ediblər. Tərəflər USAID-nin Azərbaycandakı inkişaf layihələrinin maliyyələşdirilməsində daha geniş şəkildə iştirakı məsələsini də müzakirə ediblər.