Yardımlı (Bakıdan 292 kilometr cənub) və Masallı rayon (Bakıdan 236 kilometr cənub) Polis Şöbələri Dövlət Sərhəd Xidməti ilə birgə dövlət sərhədini qanunsuz keçən İran, Əfqanıstan və Türkiyə vətəndaşlarını saxlayıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə noyabrın 18-də Yardımlı şəhərində dövlət sərhədini qanunsuz keçmiş Türkiyə vətəndaşı Yaman Gokan, Əfqanıstan vətəndaşları Məhəmməd Sərvəri, Zəhra Bəyat və Əli Rza saxlanılıb.
Həmin gün Masallı şəhərində isə İran vətəndaşı Seyid Abbas Musəvi Cəfəri Seyid İsmayıl oğlu dövlət sərhədini qanunsuz keçdiyi üçün saxlanılıb. Ondan 3 qram tiryək, 250 qram marixuana və 1 ədəd kompas aşkar edilərək götürülüb.