Accessibility links

ABŞ Natiq Cəfərlinin azadlığa çıxmasını müsbət qiymətləndirir


U.S. Department of State
U.S. Department of State

ABŞ REAL hərəkatının icra katibi Natiq Cəfərlinin azadlığa buraxılmasını alqışlayıb. ABŞ Dövlət Departamentinin internet səhifəsində, dövlət katibinin yardımçısı John Kirby bildirir ki, ABŞ Azərbaycan hökumətini öz hüquqlarından istifadə etdiyi üçün həbs edilmiş başqa şəxslərin də azadlığa buraxılmasını istəyir:

"Biz həmçinin sentyabrın 26-da keçirilmiş referendum ərəfəsində açıq ictimai dialoqların keçirməyə çağırırıq. Biz Azərbaycan hökumətinin başqa müsbət addımlar da atacağını səbirsizliklə gözləyirik".

N. Cəfərli avqustun 12-də Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinə çağırılıb. Daha sonra Nəsimi Rayon Məhkəməsi onun barəsində 4 ay müddətinə həbs-qətimkan tədbiri seçib.

N. Cəfərliyə Cinayət Məcəlləsinin 192.1 (qanunsuz sahibkarlıq), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham irəli sürülüb. Bu ittihamlarla N. Cəfərli əmlakı müsadirə olunmaqla, 3 ildən 8 ilədək həbs edilə bilər.

REAL hərəkatı bəyanat verərək həbsi siyasi sifariş sayıb. Bəyanatda qeyd edilib ki, bu sifariş dövlət başçısından gəlib. REAL hərəkatı N.Cəfərlinin mənimsəmələrə yol vermədiyini, iddiaların cəfəngiyat olduğunu bildirir.

Dünyaya Baxış

Dünyaya Baxış. Almaniyanın müdafiə naziri dəstək məqsədilə Ukraynaya səfər edib
please wait

No media source currently available

0:00 0:12:00 0:00

Amerika İcmalı

Amerika İcmalı. Cimmi Karterlə vida mərasimi. Azərbaycan-İran münasibətləri.
please wait

No media source currently available

0:00 0:29:40 0:00
XS
SM
MD
LG