Accessibility links

Firudin Cəlilov: İstiqlalın əleyhinə çıxanlara İstiqlal ordeni verilib [Audio]


Professor Firudin Cəlilov
Professor Firudin Cəlilov

Azərbaycanı müstəqilliyin əleyhinə çıxanlar idarə edir. İstiqlalçı deputatlar qarşıdakı hədəfin demokratiya və Cənubi Azərbaycan olduğunu bildirib. 18 Oktyabr - Dövlət Müstəqilliyi Günüdür.

Hazırda Azərbaycanın siyasətini elə adamlar müəyyən edir ki, onlar respublikanın müstəqilliyinin əleyhinə çıxmışdılar. Odur ki, onlar dövlət müstəqilliyi gününü
qiymətləndirmirlər və bayramla əlaqədar qeyri-iş günləri siyahısından çıxarıblar.

Bu barədə keçmiş “istiqlalçı deputat”, ictimai xadim Firudin Cəlilov 18 oktyabr - Dövlət Müstəqilliyi Günü ilə bağlı Amerikanın Səsi radiosuna müsahibəsində bildirib.
Firudin Cəlilovla müsahibə
please wait

No media source currently available

0:00 0:05:19 0:00
Direct link

F.Cəlilov xatırladıb ki, 1990-cı ildə Azərbaycan Ali Sovetinə son çağırış yarımdemokratik seçkilər zamanı seçilən milli demokratik hərəkatın 43 nümayəndəsi respublikanın müstəqilliyinə tərəfdar olub.
Lakin parlamentin kommunist çoxluğu 1991-ci ilin martında SSRİ-nin saxlanması üzrə referendumun keçirilməsinə səs verib.

“QKÇP” qiyamı uğursuzluğa düçar olduqdan sonra 1991-ci il oktyabrın 18-də kommunistlər parlamentin binasını əhatəyə alan xalqın iradəsinin əleyhinə gedə bilmədi və Azərbaycanın müstəqilliyinin bərpası haqda Konstitusiya Aktı qəbul olundu”, - o vurğulayıb.

Bununla yanaşı F.Cəlilov deyib ki, suverenliyin əldə olunmasına baxmayaraq, demokratiyanın bərqərarı məsələsini həll etmək hələ mümkün olmayıb.

Onun fikrincə, partiya nomenklaturasının hiyləgər və fəndgir nümayəndələri çox tezliklə hakimiyyəti özlərinə qaytarıb və ölkəni kommunist rejimi ilə idarə edirlər.

“Mən baş nazirin müavini olanda parlamentin Sosial siyasət komitəsinin indiki rəhbəri, o zaman Nazirlər Kabinetində şöbə müdiri olan Hadı Rəcəbli mənə dedi ki, yəqin ki, mən onunla işləyə bilməyəcəm, çünki o, yüksək partiya vəzifəsi tutub. Mən ona dedim ki, işini davam etdirə bilər. Çünki mənim kadrlarla bağlı siyasi qərəzliyim yox idi. Lakin nəticədə bu adam 18 oktyabrın qeyri-iş bayram günləri siyahısından çıxarılması ilə bağlı Əmək Məcəlləsinə düzəlişlərə tərəfdar olanlardan biri oldu”, - F.Cəlilov vurğulayıb.

Azərbaycan cəmiyyətinin qarşıdakı vəzifələrindən danışan F.Cəlilov deyib ki, Şimali Azərbaycan məsələsinin müstəqilliyi həllini tapıb. Onun fikrincə, indi müstəqillik qazanmaq üçün Cənubi Azərbaycandakı soydaşlarımızı dəstəkləmək lazımdır.

O xatırladıb ki Azərbaycan 19-cu əsrin əvvəlində rus-fars müharibəsi zamanı iki hissəyə bölünüb.

“Bizim qardaşlarımıza köməyimiz beynəlxalq birliyin “Cənubi Azərbaycan” problemi barədə fəal məlumatlandırılmasından və onun müstəqillik cəhdlərinin dəstəklənməsindən ibarət ola bilər”, - F.Cəlilov vurğulayıb.

“İstiqlalçı Deputatlar Məclisi” (İDM) də 18 oktyabr Dövlət Müstəqilliyi Günü münasibətilə “dəyirmi masa” keçirib.

1991-ci il oktyabrın 18-də Dövlət Müstəqilliyi Aktının qəbul edilməsi xalqın ən böyük qələbəsi adlandırılıb. Bu qələbə Azərbaycan xalqının XX əsrin 80-ci illərinin sonlarında başladığı milli-azadlıq mübarizəsinin nəticəsi sayılıb. Qələbənin qazanılmasının Azərbaycan xalqına minlərlə şəhid hesabına başa gəldiyi xatırladılıb. Sovet qoşunlarının 1990-cı il yanvarın 20-də Bakıda törətdikləri vəhşilikdən sonra imperiyanın saxlanmasının mümkünsüz olduğu xüsusi vurğulanıb.

“İstiqlalçı deputat” Hacıbaba Əzimov 2006- cı ildə parlamentin qərarı ilə bu günün bayram və istirahət statusundan kənar edilməsini ironiya ilə “analoqu olmayan addım” adlandırıb. Buna görə deputat Hadı Rəcəblini tənqid edib. Bütün dünyada dövlət müstəqilliyi gününün bayram və istirahət günü olmasına baxmayaraq, Azərbaycanda ləğv olunması dövlətçiliyə hörmətsizlik adlandırılıb.

İqtidarın dövlət müstəqilliyinin qazanılmasını milli azadlıq mübarizəsinin yox, SSRİ-nin dağılmasının nəticəsi saymasına da etiraz edilib. SSRİ-ni məhz bu ərazidə aparılan azadlıq mübarizələrinin dağıldığı qeyd edilib.

“Milli-azadlıq mübarizəsini aparan xalqlar milli azadlıq mübarizəsi aparmayan xalqları da azadlığa çıxardı”, - istiqlalçı deputatlardan Arif Hacılı Azərbaycan xalqının azadlıq mübarizəsinə dəyər verib.

Amma 1993-cü ildə qiyam nəticəsində hakimiyyətə gələn Əliyev iqtidarının ölkədə demokratik proseslərin qarşısını almasına diqqət çəkilib. 28 Mayın Respublika Günü bayramı kimi qeyd olunmasını bəhanə gətirən iqtidarın 18 Oktyabrı bayram kimi ləğv etməsini Müsavat başqanı İsa Qəmbər də tənqid edib.

“Yəni bu iqtidar 28 Maya və ya Cümhuriyyət lideri Məhəmməd Əmin Rəsulzadəyə belə ehtiram edir ki?”, - Müsavat lideri qeyd edib.

Tədbirdə milli-azadlıq mübarizəsinin bütün lider və sıravi iştirakçılarının ən yüksək səviyyədə əbədiləşdirilməyə haqları olduğu deyilib. İndi Azərbaycanda əsas hədəfin ölkədə demokratik proseslərin güclənməsinə təkan vermək olduğu bildirilib. Strateji hədəf kimi isə Güney Azərbaycanın milli-azadlıq əldə etməsi göstərilib.
XS
SM
MD
LG