Millli Qasırğa Mərkəzi Dorianın cümə günü axşama qədər ən güclü qasırğa halına keçəcəyini təxmin edir. "Dorian Baham adalarının şimal-qərbinə və Florida yarımadasına yaxınlaşarkən çox təhlükəli bir qasırğa olacaq" - deyə, mərkəz bildirib.
Sinoptiklər Dorianın Floridanın cənub-şərqinə 4-cü kateqoriya ilə saatda azı 209 km sürətlə çatacağını təxmin edir.
Əgər Dorian qasırğası ABŞ-ın Florida ştatının cənub-şərqinə doğru nəzərdə tutulduğu kimi çox güclü şəkildə irəliləyərsə, oranın sakinləri ciddi sınaqlarla üzləşə bilər.
Dorian hazırda saatda 165 km sürətlə irəliləyir. Sinoptiklər Dorianın Floridanın cənub-şərqinə 4-cü kateqoriya ilə saatda azı 209 km sürətlə çatacağını təxmin edir.
Florida sakinləri qasırğadan əvvəl evlərini və iş yerlərini daşqınlardan qorumaq üçün qum torbaları yığır.
Puerto-Riko, ABŞ və Britaniyanın Vircin Adalarını vuran Dorian daşqınlar və elektrik kəsilməsinə səbəb olsa da həmin bölgələrə ciddi zərər vurmayıb.
Adətən avqust-sentyabr ayları ABŞ-ın Atlantik okeanına bitişik ştatları üçün qasırğa mövsümünün ən təlatümlü vaxtları olur. "Hurricane" kimi tanınan dağıdıcı gücə malik qasırğalar bəzi hallarda həyati təhlükə törədir.