Accessibility links

Salyanda doğulan üçəm uşaqdan ikisi ölüb [Video]


Yeni doğulmuş uşaq
Yeni doğulmuş uşaq

İyunun 21-də Salyan Rayon Mərkəzi Xəstəxanasının Doğum şöbəsində yeni doğulmuş üçəmlərdən ikisinin vəfat etməsi ilə bağlı Salyan rayon Prokurorluğunda cinayə işi qaldırılıb.

Azərbaycan Baş Prokurorluğun mətbuat xidmətinin məlumatında deyilir ki, Salyan şəhər sakini Mirzapta Abdullayevanın iyunun 20-də rayon mərkəzi xəstəxanasının Doğum şöbəsində 3 oğlan uşağı sağlam doğularaq yeni doğulmuş körpələr üçün nəzərdə tutulan küves aparatına yerləşdirilib. Gecə saatlarında naməlum səbələrdən körpələrdən 2-si vəfat edib və təxminən həmin radələrdə xəstəxananın işıqları sönüb.

Fakta bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq ehtiyatsızlıqdan zərər çəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, ölümün səbəblərinin müəyyən edilməsi məqsədi ilə məhkəmə-tibbi ekspertizaları təyin edilib. Səhiyyə Nazirliyi tərəfindən hadisə ilə əlaqədar xüsusi biliyə malik mütəxəssislər cəlb edilməklə müvafiq yoxlamalar aparılır.

Baş Prokurorluq bildirir ki, cinayət işi üzrə hadisənin baş vermə səbəblərinin müəyyənləşdirilməsi istiqamətində hərtərəfli, tam və obyektiv istintaq tədbirləri davam etdirilməklə nəticəsindən asılı olaraq aidiyyəti şəxslərin əməllərinə (hərəkət və ya hərəkətsizliyinə) hüquqi qiymət veriləcək.

Dünyaya Baxış

Dünyaya Baxış. Almaniyanın müdafiə naziri dəstək məqsədilə Ukraynaya səfər edib
please wait

No media source currently available

0:00 0:12:00 0:00

Amerika İcmalı

Amerika İcmalı. Cimmi Karterlə vida mərasimi. Azərbaycan-İran münasibətləri.
please wait

No media source currently available

0:00 0:29:40 0:00
XS
SM
MD
LG