Donald Tramp bazar ertəsi - yanvarın 20-də Vaşinqtonda keçirilən andiçmə mərasimi ilə ABŞ prezidentliyinə qayıtdı.
Milyonlarla amerikalı Trampın Ağ Evdə yeni dörd illik müddət üçün and içməsi, prezident Co Baydenin isə bir müddət sonra prezidentliyi tərk etməsini televiziyada izləyib.
Tramp 1890-cı illərdə Qrover Klevelanddan sonra ardıcıl olmayaraq ikinci dəfə prezident seçilib.
78 yaşılı Tramp prezident kimi and içən ən yaşlı şəxsdir. Bu, Baydeni ötüb keçib, belə ki, Bayden dörd il əvvəl and içəndə beş ay daha gənc idi.
40 yaşlı Vans isə 50-ci və tarixdə üçüncü ən gənc vitse-prezident olaraq and içib.
Ənənəvi olaraq, andiçmə mərasimində yaşayan bütün keçmiş ABŞ prezidentləri iştirak edir. Mərasimdə vəzifəsini tərk edən prezident Co Bayden və birinci xanım Cil Bayden iştirak edib. Barak Obama, Corc Buş və Bill Klinton da andiçmə mərasiminin qonaqları arasında olub.
Buş və Klinton həyat yoldaşları Laura Buş və keçmiş dövlət katibi Hillari Klintonla birlikdə tədbirə qatılıb. İnauqurasiyada vitse-prezident Kamala Harris və onun əri, ikinci centlmen Duqlas Emhoffun da iştirak edib.
Andiçmə mərasimi şaxtalı hava səbəbindən miqyası azaldılmış bir tədbir olub. 250 min nəfərin bilet aldığı ənənəvi açıq hava tədbiri əvəzinə təxminən 600 nəfər Kapitoli binasında hakimiyyətin dəyişdirilməsinin şahidi olub.
Pensilvaniya prospekti üzrə Kapitolidən Ağ Evə qədər olan ənənəvi açılış paradı da hava şəraitinə görə ləğv edilib, orkestrlər, marş dəstələri, təlim qrupları və bu kimi şeylər indi Tramp, onun həyat yoldaşı Melaniya Tramp və digər administrasiya rəsmilərinin yaxınlıqdakı 20 min yerlik Capital One Arenada iştirak etdiyi tədbirdə baş tutacaq. Bazar ertəsi axşamına dəbdəbəli qara qalstuklu bal da planlaşdırılır.
Tramp bazar günü axşam Vaşinqtonda tərəfdarları qarşısında çıxış edərkən "tarixi sürət və güclə hərəkət edəcəyini və ölkəmizin üzləşdiyi hər bir böhranı həll edəcəyini" vəd edib.
“Sabah günorta saatlarında Amerikanın uzun dörd illik tənəzzülü üçün pərdə bağlanır və biz Amerikanın gücü və rifahının tamamilə yeni gününə başlayırıq”, Tramp bildirib.
O, Bayden administrasiyasının siyasətlərinin ləğvi də daxil olmaqla, vəzifəyə gəldikdən sonra bir sıra icra əmrləri imzalayacağını vəd edib. Seçki kampaniyası zamanı verdiyi vədlər arasında ölkədə qeyri-qanuni yaşayan insanların kütləvi şəkildə deportasiyasının həyata keçirilməsinə diqqət çəkib.
Tramp həmçinin Kanada, Çin və Meksika da daxil olmaqla, əsas ticarət tərəfdaşlarına sürətlə yüksək tariflər tətbiq edəcəyinə söz verib.
Seçilmiş prezident deyir ki, o, 2021-ci il yanvarın 6-da Kapitoli binasına basqın edən və Konqresə Baydenin 2020-ci il seçkilərində qalib gəldiyini təsdiqləmə tədbirinə mane olmağa çalışan 1500 tərəfdarının çoxunu əfv etməyi planlaşdırır. Tramp həbs edilən və mühakimə olunanları “vətənpərvər” və “girov” adlandırıb.
Tramp vəzifəyə başlamazdan əvvəl aylarla Rusiyanın Ukraynaya qarşı müharibəsini dayandıracağına söz verib, lakin son günlər onun köməkçiləri bildiriblər ki, indi məqsəd onun administrasiyasının ilk 100 günündə döyüşlərdə atəşkəsə nail olmağa çalışmaqdır.
ABŞ Enerji İnformasiya Administrasiyasının məlumatına görə, o, həmçinin 2023-cü ildə ABŞ-da enerji hasilatı istehlakı rekord məbləğdə üstələsə də, ABŞ-ın neft hasilatını artırmaq istəyir.
Forum