Accessibility links

Donald Tramp Vladimir Putini Vaşinqtona dəvət edir


Donald Tramp Vladimir Putini Vaşinqtona dəvət edir
please wait

No media source currently available

0:00 0:01:46 0:00

Donald Tramp Vladimir Putini Vaşinqtona dəvət edir

ABŞ prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putini növbəti sammitə dəvət edir. Bu bəyanat ilk görüşün kritik qarşılanmasından və hələ də başlıqlarda adı hallanan ilk sammitdən sonraya təsadüf edir və ABŞ Konqresinin diqqətini cəlb edir.

Helsinkidə keçirilən ilk təkbətək görüşün qalmaqal doğuran nəticələrinə baxmayaraq, iki dövlət başçısının yenidən ikinci dəfə görüşü barədə xəbər yayıldı. Bu dəfə Vaşınqtonda. Ağ evin mətbuat katibi Sara Sanders cümə axşamı etdiyi tvit-də .. “Artıq müzakirələrə başlanıb” yazdı.

ABŞ prezidenti Helsinki sammitində öz kəşfiyyat xidmətinin qənaətinə zidd olaraq Vladimir Putinin Rusiyanın ABŞ-ın 2016-cı il president seçkilərinə təsir etməməsini qəbul etdi. Lakin sonra o bunu dandı.

Donald Tramp bazar ertəsi günü Helsinkidə: “Mən bunu etməkdə heç bir məqsəd görmürəm” dedi. Çərşənbə axşamı isə Vaşinqtonda bunu dandı: “Cümlə belə olmalı idi, “Mən bunu etməməkdə heç bir məqsəd görmürəm””.

Həm Respublikaçılar, həm də Demokratlar qəzəb içərisində idilər. Respublikaçı senator Cef Fleyk deyir ki, Rusiya prezidentini ağ yalana görə cavabdeh tutmayanda biz ona dəstək vermiş oluruq.

Kapitol Hill-də Demokratlar Rusiyanı təqsirləndirən qanun layihəsi təqdim ediblər.

Respublikaçı nümayəndə Cerrold Nadler bildirib ki, indi heç nə etməsələr, amerikalılar növbəti seçkinin nəticələrinə inanmaya bilərlər.

Bunu vurğulayaraq, Daxili Təhlükəsizlik Nazirliyi administrasiyası noyabr seçkiləri zamanı Rusiya tərəfdən təhlükənin ola bilməsi barədə xəbərdarlıq edib.

Daxili Təhlükəsizlik naziri Kirstyen Nielsen deyib ki, Biz hamımız onların bunu yenidən edəcəyinə hazırlıqlı olmalıyıq.

Senatdakı azlığn lideri Nensi Pelosi bildirib ki, president Rusiyanı məsuliyyətə cəlb etməsi fürsətini buraxdı. Putinin Trampın marionet ustası olduğu məlum oldu və Helsinkidəki görüş həmin iplərin üzərinə işıq saldı.

Rusiya prezidenti Vladimir Putin ABŞ prezidenti ilə ilk sammiti "uğurlu" adlandırıb. O, ABŞ-dakı siyasi oyunları görüşü ləkələməkdə günahlandırır.

XS
SM
MD
LG