ABŞ prezidenti bu gün Qərbi Palm Biçdəki qolf klubuna qayıdıb.
Bu gün Donald Tramp tvit edərək bildirib ki, demokratlar və respublikaçılar divarın maliyyələşdirilməsi də daxil edilən Sərhəd Təhlükəsizlyi paketi ilə bağlı bir araya gəlməlidir.
O deyib ki, indi əmələ keçmək vaxtıdır. Baxmayaraq ki, Nümayəndələr Palatasında çoxluq əldə edən demokratlar bu ideyanın əleyhinədir.
Tramp Konqresi kriminal əsliyyə islahatlarına da çağırıb.
Prezident Senatın əksəriyyət lideri Mitç Makonnell və demokrat lider Çak Şumerin ölkənin bu qədər ehtiyacı olduğu məsələ ilə bağlı nə isə edə biləcəklərini deyib.
Lakin o, tvitini səhv hesaba tuşlayıb. Senatorun yerinə Şumerin fan klubunu teq edib.