Accessibility links

Tehranda Cavad Heyətin xatirəsi anılıb


Tehranda dünya şöhrətli ürək cərrahı və türkoloq alim prof. Cavad Heyətin anım mərasimi keçirilib.

Vəfatının birinci ildönümü münasibəti ilə keçiriləcək mərasimə “Varlıq dərgisi”nin yazıçı heyəti və azərbaycanlı milli-mədəni fəalların qatılacağı gözlənilir.

Mərasim avqustun 13-də yerli vaxtla saat 14:00-dan 16:00-dək keçirilib.

Mərasimdə Azərbaycanın Dədə Qurqudu kimi tanınan dünyaşöhrətli mütəfəkkirin həyat və əsərlərindən bəhs olunub.

1925-ci il mayın 24-də Təbriz şəhərində anadan olan Cavad Heyət ilk orta təhsilini doğulduğu İranda alıb. 1946-cı ildə Türkiyə İstanbul Universitetinin tibb fakültəsini bitirib. Həmin universitetdə 3 il çalışdıqdan sonra təhsilini 4 il müddətində Paris Universitetində davam etdirib. Yüksək dərəcəli cərrah ixtisasına yiyələnərək 1952-ci ildə Tehrana qayıdıb və orada öz klinikasını açıb.

Cavad Heyət Tehran Azad İslam Universitetinin cərrahiyə üzrə professoru idi. Əlli ildən çox cərrahlıqla məşğul olub. Öz xüsusi klinikası olmaqla yanaşı, Tehran-Pars xəstəxanasında da çalışıb.

Doktor Cavad Heyət 1954-cü ildə qapalı ürək əməliyyatı, 1962-ci ildə isə İranda ilk dəfə açıq ürək cərrahiyyəsini müvəffəqiyyətlə həyata keçirib. Bundan sonra o, İranda ilk dəfə ürək qapaqlarını dəyişdirmə, heyvanlarda ürək dəyişdirmə, Tehranda ilk dəfə insanda böyrək dəyişdirmə əməliyyatını uğurla həyata keçirdiyinə görə “Birinci Dərəcəli Əmək Ordeni” ilə təltif olunub.

1983-cü ildə isə cərrahiyyənin inkişafına verdiyi elmi-nəzəri və əməli uğurlarına görə Paris Beynəlxalq Cərrahlıq Akademiyasının üzvü seçilib.

Bundan sonra 8 ildən artıq Tehranda Azad İslam Universitetinin cərrahiyyə kafedrasına (cərrahi qrupuna) rəhbərlik edib. Fars dilində cərrahlıqla bağlı üç cildli dərs kitabının, eyni zamanda ikisi fars və beşi də türk dilində olan yeddi cildli türkologiya kitabının müəllifidir.

Cavad Heyət cərrahiyyə ilə bağlı Azərbaycan, Amerika, Fransa, Türkiyə və bir çox Avropa universitetlərində tez-tez mühazirələr oxumaq üçün dəvətlər alırdı.

Cavad Heyət həmçinin “Varlıq” dərgisinin təsisçisidir. O, 36 ildən artıq türk və fars dillərində nəşr olunan bu ədəbi-mədəni dərgini nəşr etdirirdi.

Cavad Heyət filologiya və türkologiya sahəsində “Azərbaycan ədəbiyyat tarixinə bir baxış”, “Azərbaycan şifahi xalq ədəbiyyatı”, “Türk dili və ləhcələrinin tarixi”, “İki dilin müqayisəsi” kitablarının müəllifidir.

O, Bakı Dövlət Universitetinin, Azərbaycan Tibb Universitetinin, Xəzər Universitetinin fəxri doktoru, Azərbaycan Milli Elmlər Akademiyasının, N.Tusi adına Azərbaycan Pedaqoji (tərbiyyət-i müəllim) Universitetinin fəxri professoru, Azərbaycan Cərrahları Elmi Cəmiyyətinin fəxri üzvüdür.

Azərbaycan Yazıçılar Birliyinin M.F.Axundov adına mükafatına və “Dədə Qorqud” Assosiasiyasının (əncümən) təsis etdiyi “Məmməd Araz” mükafatına layiq görülüb.

Azərbaycanın müxtəlif universitetlərinin fəxri doktoru və professoru, Türk Dil Qurumunun fəxri sədri, eləcə də İstanbul Universitetinin fəxri doktoru idi.

Mərhum C.Heyət türk dünyası, xüsusi ilə Güney və Quzey Azərbaycan və Türkiyədə çox tanınmış alimlər sırasındadır. Onun vəfatı Azərbaycan tibb elmi, türkologiya sahəsi və ümumiyyətlə millətimizin milli hərəkatında olduqca böyük itki kimi qəbul olunur.

Dünyaya Baxış

Dünyaya Baxış. Bəxtiyar Hacıyevin vəkili ilə konfidensiallıq hüququnun pozulduğu deyilir
please wait

No media source currently available

0:00 0:11:33 0:00
XS
SM
MD
LG