Accessibility links

Dmitri Medvedev yenidən Rusiyanın hakim partiyasının sədri seçilib


Dmitri Medvedev
Dmitri Medvedev

Rusiyanın sabiq prezidenti və Vladimir Putin uzun müddətdir yaxın yoldaşı olan Dmitri Medvedev yenidən beş il müddətinə hakim Vahid Ruisya partiyasının sədri vəzifəsinə seçilin.

O, dekabrın 4-d keçirilən partiya qurultayında yekdilliklə seçilib.

Medvedev hazırda Rusiya Təhlükəsizlik Şurasının sədr müavinidir. Şura prezident administrasiyasının təhlükəsizliklə əlaqədar siyasətə rəsmi və qeyri-rəsmi təsir göstərə bilən müstəqil qoludur.

O, sentyabrda keçirilən seçkidən bəri partiyaya rəhbərlik edir. Həmin seçkinin nəticələri Vahid Rusiyaya dəstəyin azaldığını göstərmişdi.

Tənqidçilər deyir ki, bir çox ruslar üçün yaşayış standartları pisləşdiyi bir vaxt, Kremlin dəstəklədiyi Vahud Rusiyanın hökumətə sıx nəzarətini qoruyub saxlamaq üçün həbsdə olan müxalifət lideri Aleksey Navalnının namizədliyinin qarşısı alındı, saxtakarlığa və inzibati resurslara əl atıldı.

“Biz siyasi əqidəsindən asılı olmayaraq hər bir insana yardım etməyə çalışacağıq,” Medveden seçiləndən sonra nümayəndələrə söyləyib.

Medvedev 2008-2012-ci illərdə bir müddət prezident olub. Bu sayədə Putin Rusiyanın konstusiyasında prezidentlik müddətinə tətbiq olunan iki dəfəlik ardıcıl məhdudiyyətə əməl etmiş oldu və Medvedevdən sonra yenidən prezident seçildi.

Partiya qurultayında həmçinin Boris Qrızlov yenidən 2002-ci ildən bəri icra etdiyi Vahid Ruisyanın ali partiya şurasının sədri vəzifəsinə seçilib.

Andrey Turçak yenidən Vahid Rusiyanın ali şurasının katibi seçilib.

Dövlətə məxsus rəy sorğusu idarəsi VTsIOM-ın məlumatına görə, Vahid Rusiyaya dəstək noyabr ayında 28.6 faiz olub.

Kommunist Partiyası 18 faizlə ikinci yerdə gəlib.

Putinin hazırkı prezidentlik müddətində bir sıra siyasi opponentlər həbs olunub, Kreml media üzərində nəzarəti gücləndirib, müxalifətə qarşı məhdudiyyətlər artırılıb, müstəqil QHT-lər və jurnalistləri susdurmaq və bağlamaq üçün mübahisəli “xarici agent” qanunundan istifadə artırılıb.

XS
SM
MD
LG