İstifadədən çıxarılan "Discovery" fəza şatlı Floridada Kennedy Kosmos Mərkəzindən Vaşinqtona gəlib. Burada o, aviasiya muzeyində sərgiyə qoyulacaq.
NASA-nın Boeing 747 təyyarəsinə qoşulmuş 28 yaşlı orbiter bu gün səhər paytaxt səmalarında dövran edib.
Vaşinqtonda Milli Xiyabanın üstü ilə uçan "Discovery" Dulles aeroportunda yerə enib. Şatl oradan əbədi iqamətgahı olacaq Udvar-Hazy mərkəzinə aparılacaq. Bu mərkəz Smithsonian Milli Hava və Fəza Muzeyinə məxsusdur.