Oktyabrın 30-da İstanbulun tarixi Çırağan sarayında Turk Tarix Kurumunun toplantısı keçirilib və bu toplantıda Milli Şurası prezidentliyə keçmiş namizədi Cəmil Həsənli Kurumun Şərəf Üyəsi (Fəxri Üzvü) seçilib, diplom təqdim edilib.
Bu barədə Milli Şuranın mətbuat xidməti Amerikanın Səsinə bildirib.
Mərasimdə Türkiyənin baş nazirinin müavini Bülənt Arınc geniş nitq söyləyib, C.Həsənlini və bu yüksək ada layiq görülən digər şəxsləri təbrik edib.
Əsasnaməyə görə, Kurumun Fəxri Üzvü seçilən ailmlərə geyindirilən cübbə XVI əsr Osmanlı sultanı Sultan Səlimin geyindiyi cübbənin eynisi olaraq hazirlanıb.
Fəxri adlara C.Həsənlidən başqa layiq görülənlər arasında türk alimi professer İlber Ortaylı, ABŞ Luisvil Universitetinin professoru, türkoloq Castin Makkarti, Britaniyalı professor Feruz Ahmed ve başqaları var.
Türk Tarix Kurumu 1931-ci ildə Mustafa Kamal Atatürk tərəfindən yaradılıb. Bu təşkilat tarix elmi sahəsində dünyanın ən tanınmış cəmiyyətlərindən sayılır.
Professor Cəmil Həsənli mərasim iştirakçıları önündə Türk Cümhuriyyətinin 90 illiyi ilə bağlı məruzə ilə çıxış edib. Tədbir oktyabr ayının 31-də öz işini davam etdirib.
Cəmil Həsənli İstanbulun müxtəlif universitetlərində təhsil alan bir sıra azərbaycanlı tələbə- gənclərlə görüşüb.