Accessibility links

Avstraliya alimləri yeni dinozavr növünü aşkar edib


Avstraliyada indiyə qədər elmə məlum olmayan və qitədə yaşamış ən böyük dinozavr növü tapılıb. Dinozavr dünyada da yaşamış ən böyük canlılardan birdir. Ölkə rəsmiləri tapıntını təsdiqləyib.

Bazar günü "Paleontology and Evolutionary Science" elmi jurnalında dərc olunan araşdırma 2006-cı ildə ilk dəfə kəşf edilən və sümüklərin rəsmi olaraq uzun boyunlu bitki yeyən nəhəng dinozavrın Zauropodlar qrupuna daxil olduğu, adının isə Australotitan Cooperensis olaraq təyin olunduğunu yazılıb.

Queensland Muzeyinin paleontoloqu Skott Hoknull jurnalistlərə verdiyi açıqlamada bildirib ki, canlının hündürlüyü 5-6 metr, uzunluğu isə başından quyruğuna qədər 25-30 metr olub.

Dinozavr onu araşdıran elmi qrupar tərəfindən qısaca Australotitan və ya mehribanlıqla "Cooper" kimi tanınır.

Canlının sümükləri ilk dəfə 2006-cı ildə Brisbendən təxminən 1000 kilometr qərbdə, Eromanga hövzəsindəki bir ailə fermasında aşkar edilmişdi.

Paleontoloqlar, geoloqlar və könüllülərdən ibarət qrup 15 il ərzində 3 ölçülü rəqəmsal skanner texnologiyasından istifadə edərək sümükləri dinozavrın yaxın qohumları ilə müqayisə etmək, tapdıqlarını müəyyənləşdirmək və təsdiqləmək üçün tədqiq ediblər.

Hoknull "Australotitanın sümüklərini bu nəhəng zauropodların hamısı ilə müqayisə etdik və onun ilk 10-15-likdə olduğunu müəyyən edik" - deyə, bildirib.

Sümüklər hələ 2007-ci ildən bəri muzeydə nümayiş etdirilsə də, araşdırmanın nəticələri gözləmə müddətində idi.

Dinozavrın 100 milyon il əvvəl yaşadığı təxmin edilir.

Queensland Muzeyi Australotitanın uzunboyunlu zauropod dinozavrlarının sağ qalan son qrupu və indiyə qədər elmə məlum olan ən böyük quru heyvanı olduğunu bildirir.

XS
SM
MD
LG