Liberal cəmiyyətin tolerantlıq konsepsiyası insan hüquqları ilə etiqad azadlığı arasında balansdır. Din azadlıqların bir tərkib hissəsidir. Dini azadlıqlar insan hüquqlarının pozmamasına yönəlməməlidir. Bu gün beynəlxalq siyasətin 50 illik yubileyi münasibəti ilə Azadlıq Naminə Nauman Fondu və “Konstitusiya” Araşdırmalar Fondunun Bakıda din-azadlıq-tolerantlq mövzusunda keçirdiyi beynəlxalq konfransının əsas leytmotivi bu olub.
Konfransda beynəlxalq və yerli ekspertlər, dini icmaların, qeyri-hökumət təşkilatlarının, dövlət qurumlarının nümayəndələri iştirak ediblər.
Fridrix Nauman Fondu Cənubi Qafqazda azad cəmiyyətin, demokratik təsisatların, qanunun aliliyinin, dünyəvi sivil azadlıqların, insan hüquqlarının və səmərəli bazar iqtisadiyyatının inkişafına töhfə vermək istəyir.
“Biz inanırıq ki, üç Cənubi Qafqaz ölkəsinin müvəffəqiyyətli transformasiyası, ayrıca dövlətlərin deyil, ayrıca dövlətlərin deyil, bütünlükdə Cənubi Qafqazın inkişaf və çiçəklənməsi burada sülh və sabitliyin saxlanması üçün zəruri şərtdir”, - fondun Mərkəzi, Şərqi, və Cənubi Avropa, Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə regional direktoru Rene Klaff qeyd edib.
Nauman Fondu hesab edir ki, insan hüquqlarının kobud şəkildə pozulduğu və geniş kütlələrin sosial və institusional infrastrukturlara girişinin məhdudlaşdırıldığı cəmiyyətlərdə inkişaf ola bilməz.
“Məhz buna görə də din, mədəniyyət və adət-ənənə fərqlərinin olmasına baxmayaraq, dövlətdə, iqtisadiyyatda və cəmiyyətdə azadlıq Fondun başlıca missiyası olaraq qalır”, - regional direktor bildirib.
Azadlıq ideyası dini inanclara qarşı deyil. Tolerantlıq digər inanclarla birgə mühüm mədəniyyətdir. Azərbaycan cəmiyyəti müxtəlif dinləri və mədəniyyətləri qəbul edib yaşadır. Ölkədə antisemitizmi halları heç zaman qeydə alınmayıb.
“Ölkənin hətta ucqarlarında belə məscidin pəncərəsindən sinaqoq, sinaqoqun pəncərəsindən məscid görünür. Şiələrlə sünnilər məsciddə eyni sırada namaz qılırlar”, - Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin beynəlxalq əlaqələr şöbəsinin müdiri Nicat Məmmədli deyib.
Onun sözlərinə görə, komitə dinlərin və mədəniyyətlərin birgə yaşaması ilə bağlı dövlət siyasətini aparır.
“Azərbaycanda müsəlmanlar və qeyri-müsəlmanlar, dini azlıqlardan olan insanlar birgə yaşayır və bir-birini qəbul edir”, - o qeyd edib.
Azərbaycan həmçinin hətta xristianlıda qəbul edilməyən azlıqlara belə daim vətən olub və indi də vətəndir.
“Hətta Çar Rusiyası dövründə Rusiyada ayrı-seçkiliyə məruz qalan duxoborlar, staroborlar, malakanlar indi Azərbaycanda yaşayır və inanclarını sərbəst davam etdirirlər. Dünyada bir neçə min olan udinlər də Azərbaycanda öz dini inanclarını yaşatmaqdadır”, - Şərq-Qərb Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclu bildirib.
Konfransda həmçinin Cənubi Qafqazda, xüsusi ilə Gürcüstan və Azərbaycanda olan lüteranlardan danışılıb.
“Bakıda və Tbilisidə kiçik lüteran kilsəsi fəaliyyət göstərir”, - Gürcüstanın Yevangeliya-Lüteran kilsəsinin yepiskopu Hans-Joachim Kiderlen qeyd edib.