Accessibility links

Aşura günü dindarlar qan verib


Bakıda Aşura mərasimi
Bakıda Aşura mərasimi

Azərbaycanda Aşura günü ilə əlaqədar Səhiyyə Nazirliyinin və Qafqaz Müsəlmanları İdarəsinin təşkilatçılığı ilə qana ehtiyacı olan xəstələrə yardım məqsədilə könüllü qanvermə aksiyası keçirilib.

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, Bakı vaxtı ilə saat 12-dək 5340 nəfər aksiyalarda iştirak edib və 2403 litr qan toplanıb.

Səhiyyə Nazirliyi bildirir ki, tədarük olunan qan və qandan hazırlanan preparatlardan hemofiliyalı və talassemiyalı, həmçinin qana ehtiyacı olan bütün xəstələrin müalicəsində istifadə olunacaq.

Qafqaz Müsəlmanları İdarəsinin (QİM) sədri şeyxülislam Allahşükür Paşazadə Aşura mərasimlərindən danışarkən deyib ki, Azərbaycan dövləti dindarlar üçün hər cür şərait yaradıb.

Paşazadə bildirib ki, bu gün ədalətin bərpa olunduğu və şəhidlərin yad edildiyi günüdür.

"Qanvermə aksiyası gözəl ənənədir. Biz qan verməklə başqalarına can verir, İmam Hüseynin vəsiyyətinə əməl edirik".

QMİ sədri Məhərrəm ayı ilə bağlı fətvasını xatırladaraq deyib ki, fətvanın tələblərinə riayət olunmalıdır.

"Dindarları fətvaya əməl etməyə çağırıram. Aşura günündə baş yarmaq, zəncir vurmaq və qan çıxarmaq olmaz, buna heç İmam Hüseyn də razı olmazdı. Kimlərsə bizim qəbul etdiyimiz fətvaları məhdudiyyət kimi təqdim edirlər. Amma Azərbaycan dövləti dindarlar üçün bərabər şərait yaradıb".

Dünyaya Baxış

Dünyaya Baxış. Tramp baş prokuror vəzifəsinə yeni namizəd nominasiya edib
please wait

No media source currently available

0:00 0:11:25 0:00
XS
SM
MD
LG