Accessibility links

Dünyada din azadlığının durumu [Video]


Dünyada din azadlığının durumu
please wait

No media source currently available

0:00 0:03:50 0:00

Dünyada din azadlığının durumu

ABŞ dövlət katibi Con Kerri dini azadlıqların müdafiə edilməməsi ilə bir çox ölkənin öz təhlükəsizliyinə hədə törətdiyini deyib. "Cənubi Asiyadan Sahilədək hökumətlərin mürtəce qanunları, ciddi cəzaları və kobud taktikaları ilə dini qrupların üzvlərini susdurmalarının 21-ci əsrdə yeri ola bilməz."

Dövlət Departamenitinin hesabatında deyilir ki, Nigeriyanın şimal bölgəsi müsəlman və xristianların həyatı bahasına Boko Haramla təhlükəsizlik qüvvələri arasında zorakılıqlar səhnəsinə çevrilib. " Nigeriyada Boko Haram mindən artıq insanı qətlə yetirib. Bu insanlar kilsə və məsçidlər yaxınlığında olanlar, ibadət edənlər, yoldan keçənlərdir.

Con Kerri deyib ki, İraq İŞİD-ın görünməmiş vəhşiliyinə səhnə olub. "Mosulda şiə müsəlmanlar kütləvi şəkildə məhv edilir. Xristianlar islamı qəbul etməyə məcbur edilir. Qadıın və uşaqlardan insan qalxanı kimi istifadə edilir. Vəhşi əməllər vəziyyətin ciddiliyinə işarədir. "

Human Rights Watch-dan Sara Marqonun dediyinə görə, İraqın təhlükəsizlik qüvvələri təriqətlərarası gəginlikləri dərinləşdirir. Vaşinqtonun sünni və şiələrin dəstəyinə malik olmayan Bağdad hökumətinə yardım etməsini çətinləşdirir. "Biz siyasi durumu yaxından izləyirik. Lakin İraqda siyasi dinamika dəyişməsə təhlükəsizlik qüvvələri iraqlıları müdafiə etməkdən imtina edəcək.

Dini azadlıqlara dair hesabatda bildirilir ki, Birmada müsəlmanlara qarşı zorakılıqlar insanları evlərindən didərgin salıb. "Minlərlə Rohinqya müsəlmanı təriqətlərarası zorakılıq səbəbi ilə evlərini tərk etməli olub. On minlərlə insan ağır şəraitdə düşərgələrə sığınıb. "

Con Kerri Rusiya prezidenti Vladimir Putinin sistematik şəkildə dini azadlıqları pozduğunu deyir. "Rusiya hökuməti ekstremist adı altında dindar insanlara qarşı qəddar ölçülərə əl atır.

Con Kerrinin dediyinə görə, repressiv hökumətlər və ekstremist qruplaşmalar nəyin arxasında durduqlarını açıq göstərirlərsə, ABŞ da nəyin arxasında durduğunu açıq göstərəcək. "Biz təkəbbürlə insanlara nəyə inanmalı olduqlarını demirik. Biz onlara necə yaşamalı olduqlarını demirik. Biz yalnız tolerantlığın universal dəyərləri, şəxsi dəyərlər və seçimlərə ehtiram göstərilməsini istəyirik."

Margonun dediyinə görə, Vaşqintonun mesajı bəzən qeyri-bərabər olur. "Bu ağıllı inkişaf, təhlükəsizlik ölçülərinin bir hissəsidir. ABŞ bəzən öz maraqlarına uyğun mesajlar göndərir, bəzən də radardan itir.”

Builki hesabatda Türkmənistan da narahatlıqlar siyahısına salınıb. Obama administrasiyası orada insanların inamlarına görə işgəncələr və döyülmələrə məruz qaldığını bildirir.

XS
SM
MD
LG